Ən çox əhali sıxlığı Masallı rayonunda
01.01.2021-ci il Lənkəran-Astara iqtisadi rayonunun ərazisi 6.07 min kv.km olmuşdur Bununda 10.2 faizi və ya 0.62 min kv.km Astara rayonu, 25.4 faizi və ya 1.54 min kv.km Lənkaran şəhərı, 17.8 faizi və ya 1.08 min kv.km Lerik rayonu, 11.0 faizi və ya 0.67 min kv.km Yardımlı rayonu, 11.9 faizi və ya 0.72 min kv.km Masallı rayonu, 23.7 faizi və ya 1.44 min kv.km Cəlilabad rayonudur.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən 01.01.2021-ci il Lənkəran-Astara iqtisadi rayonunun 1 kv.km əhalisinin sıxlığı 157 nəfər olmuşdur. Astara rayonunda 1 kv.km əhalinin sıxlığı 178 nəfər, Lənkaran şəhərində 1 kv.km əhalinin sıxlığı 150 nəfər, Lerik rayonunda 1 kv.km əhalinin sıxlığı 80 nəfər, Yardımlı rayonunda 1 kv.km əhalinin sıxlığı 103 nəfər, Masallı rayonunda 1 kv.km əhalinin sıxlığı 318 nəfər , Cəlilabad rayonunda isə 1 kv.km əhalinin sıxlığı 158 nəfər olmuşdur.
Ən çox əhali sıxlığı Masallı rayonunda olmuşdur.