Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa

18 dekabr 2021 | 16:00

Dekabrın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində gənc könüllülərin iştirakı ilə növbəti dəfə “İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.


Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada “İnsan alveri nədir ?” “Onun qurbanı əsasən kimlər olur ?” “Özümüzü bu təhlükədən necə qorumalı ?” suallarına açıqlıq gətirilib.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Azərbaycanda insan alverinin profilaktikasının müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edildiyini bildirib. O, qeyd edib ki, insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırılması bu xüsusi tədbirlər sistemində mühüm yer tutur.

Dəyirmi masa gənclərin mövzu ətrafında müzakirəsi ilə başa çatıb.

Keçidlər