Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tütün tədarükü davam edir

20 dekabr 2021 | 16:00

Son illər aqrar sahəyə dövlət dəstəyinin artırılması Masallıda unudulmaqda olan tütünçülüyə marağı artırıb.

2021-ci ildə rayonda 40-dan çox fermer 52 hektar sahədə tütün əkib-becərir.
Rayon DAİM-in rəisi Seymur Nuriyevin Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşına verdiyi məlumata görə 2021-ci ilin dekabrın 17-nə kimi rayon ərazisində sahələrdən 49.95 ton yaxın quru tütün yarpağı yığılaraq qəbul məntəqələrinə təhvil verilmişdir.

Qeyd edək ki, cari ildə Masallı rayonunda 88.40 ton quru tütün tədarükü proqnozlaşdırılır.

Keçidlər