“Multikulturalizm və insan hüquqları” mövzusunda dəyirmi masa
Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Multikulturalizm və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada hər iki müəssisənin rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda həyatından keçmiş şəhidlərin xatirəsi sükut və ehtiramla anılıb.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq “Multikulturalizm və insan hüquqları” mövzusuna həsr olunan dəyirmi masada Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva azərbaycanlıların multikultural ənənələrindən bəhs edib. “Azərbaycanda dini hüquqların təməl prinsiplərindən olan tolerantlıq və multikulturalizm ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının dəyərlər sisteminin tərkib hissəsidir”-deyə D. İbayeva bildirib.
Sonra Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək, əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə təmin edildiyini diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və dövlətçilik prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.