Şriftin ölçüsü :

Saytın rəngi :

QABAQCIL FERMERİN UĞURLARI...

23 dekabr 2021 | 16:00

Şərəfə kəndindən olan qabaqcıl fermer, «Tərəqqi» medallı Rafət Abbasov bu il bir hektar sahədə müasir üsulla sarımsaq əkmişdir. Bitkilər isti aylarda damcı üsulu ilə suvarılacaq ki, bu da məhsuldarlığın daha da yüksəlməsinə imkan verəcəkdir.
Qabaqcıl fermer cari ildə daha 4 hektar sahədə çiyələk əkərək təsərrüfatın bu növünü 8 hektara çatdırmışdır. Fermer qeyd etmişdir ki, «Samra» çiyələk növünün hər hektarından 60-70 ton məhsul götürmək mümkündür.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev Şərəfə kəndindən xəbər verir ki, fermer Rafət Abbasov bildirir ki, deyirlər sarmısaq da bir hektara 8-10 tona yaxın məhsul verir. Mən də tam müasir üsulla aparmışam.

Keçidlər