“Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri
Masallıda “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri silsilə şəklində məktəblərdə davam edir
Cənubunsəsi.az xəbər verir ki, 23.12.2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin və Masallı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yeyənkənd kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
İlk öncə Vətən uğrunda Şəhid olmuş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polisi baş leytenantı İxtiyar Talıbov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən danışıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün "Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır
Sonra isə Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlar üzrə baş inspektoru polis baş leytenantı, Samid Əliyev, əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin səbəb olduğu fəsadlar haqqında danışıb və acı təsirləri barədə videoçarxı şagirdlərə, təqdim edib.
Daha sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı, Rayon Təhsil Şöbəsinin əməkdaşı və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.