Şriftin ölçüsü :

Saytın rəngi :

"Müzəffər Ali Baş komandan" mövzusunda görüş

25 dekabr 2021 | 16:00

“Masallı Gənclər Evi” sosial xidmət müəssisənin təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində Cənab Prezident İlham Əliyevin doğum günü ilə bağlı "Müzəffər Ali Baş komandan" mövzusunda görüş  keçirilmişdir.

Tədbirə başlamazdan əvvəl 44 günlük Vətən Müharibəsi zamanı canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin Metodisti Tural Sadıqov tədbir iştirakçılarını salamlıyaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyatı ilə bağlı məlumatları iştirakçılara tanış etdi, və qeyd etdi ki, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin xidmətləri, dərin zəkası, mükəmməl hazırlığı, düzgün idarəçiliyi, xalqına, vətəninə vurğunluğu, valideynlərinə sədaqətliliyi, sözünə əməl etməsi, hərbi potensialımızın artırılması 27 il murdar ermənilərin tapdağı altında olan müqəddəs torpaqlarımızın azad edilməsinə səbəb olmuşdur.

Daha sonra Masallı Rayon Tarix Diyarşünaslıq Muzeyinin Direktoru Əntiqə Tağıyeva çıxış edərək qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azəbaycan xalqının müstəqilliyi tarixində atdığı önəmli imzalardan, siyasi görüşlərindən, mədəniyyət sahəsinə böyük diqqət və təşəbbüsslərindən danışdı və Prezidentimizi ad günü münasibəti ilə təbrik edərək Müstəqil Azərbaycanın inkişafında sağlam canla inkişafa doğru daha uzun illər addımlamağı dilədi.

Tədbirdə iştirak edən ll Qarabağ müharibəsi qazisi, Vətən Müharibəsinə könüllü olaraq ön cəbhəyə yollanmış, Qəzənfərli Talıb Cəmil oğlu
çıxış edərək qeyd etmişdir ki, Vətən Müharibəsi zamanı ön və arxa cəbhədə baş verən hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin apardığı daxili və xarici siyasət, ordu quruculuğu, ümumilikdə “DƏMİR YUMRUQ” altında baş verən bütün proseslər barədə geniş məlumat vermişdir.

Qəhrəmanımız Qəzənfərli Talıb Cəmil oğlu Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qəhrəmanımız Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanmışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Qəzənfərli Talıb Cəmil oğlu Döyüşdə fərqlənməyə görə medalı, Füzulinin azad olunması, Cəbrayılın azad olunması medalı və Xocavəndin azad olunması medalları ilə təltif olunmuşdur.

Sonda Qəhrəmanımız Fəxri Fərmanla təltif edilmişdir.

Keçidlər