Şriftin ölçüsü :

Saytın rəngi :

Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

18 yanvar 2016 | 16:00

18 yanvar 2016-cı il tarixdə Masallı rayonu Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında Masallı rayon İcra hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlövsət Muradovun “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
  Ə. Muradov hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, Yola saldığımız 2015-ci il Respublikamız üçün siyasi,iqtisadi,sosial və humanitar sahələrdə uğurlu il kimi yadda qaldı .Çünki ilin hər ayı qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi ,daxili və xarici siyasət məsələlərinin həlli baxmından uğurlu il idi.Milli maraqlarımıza ,beynəlxalq hüququn norma  və prinsiplərinə uyğun olaraq respublikamızın müstəqil  uğurlu siyasət kursu  layiqincə davam etdirilib.İqtisadiyyatimizin inkişaf dinamikası ,nəzərdə tutulan iqtisadi və sosial  proqramların icrası ,iri transmilli enerji və nəqliyyat layihələrinin  reallaşdırılması davam etdirilmiş ,əhalinin həyat səviyyəsinin  yüksəldilməsi prioritet sahələrdən olmuş və ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndirilmişdir.
    Dövlətimizin başçısı İlham Əliyev cənablarının  rəhbərliyi altında həyata keçrilən müstəqil, düşünülmüş  çevik siyasi kurs sayəsində ölkəmiz mürəkkəb qlobal proseslərin  təsirindən məharətlə qorunaraq ,öz uğurlu inkişafını davam etdirmişdir.
        Respublikamızın hər yerində olduğu kimi,2015-ci ildə rayonumuzda da iri miqyaslı tikinti quruculuq işləri aparılmışdır.Şəhərin küçələri genişləndirilmiş ,yeni park və xiyabanlar salınmış,,yeni məktəb binaları tikilir,əhalinin məişət xidmətinin və yaşayış səviyyəsinin yüksəldilməsi üçün rayonun qazlaşdırılması davam etdirilir,içməli su xətti və asfalt yollar çəkilmiş bu işlər bu gün də davam etdirilir.Görülmüş bu işlərlə xalqını günü –gündən firavan həyata aparan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sakinlərimiz adından minnətdarlığımızı və rayonda bu işləri ardıcıllıqla aparan rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova təşəkkürümüzü bildiririk.
          Güllütəpə İnzibati ərazi dairəsi mərkəzi Güllütəpə kəndi olmaqla Güllütəpə, Əmirtürbə ,Tatyanoba, Yeni Zuvand ,Yolağac və Köhnə Zuvand kəndlərin əhatə edir.ərazinin ümumi sahəsi 1523 hektar,əhalisi 6974 nəfər ,təsərrüfatlarının sayı,1490 olmaqla 1063 yaşayış evi var.
          Masallı rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2102 ci il tarixlı 648 nömrəli fərmanı ilə təsdiq edilmiş ” Yeril İcra hHakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər  tutarq qurmuşdur.Nümayəndəliyin iş fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır.
          Hesabat ilində nümayəndəlikdə səlahiyyətlər çərçivəsində sərəncam vermişdir. Nümayəndəlik sərəncamlardan irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir. Xüsusi qeyd etmək lazımdır ki,ərazinin sosial –iqtisadiı inkişafı, qanunsuz tikililərin və az yaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması, qanunçuluğun qorunması, gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə bağlı verilmiş sərəncamların icrası daim diqqət mərkəzində saxlanılaraq həyata keçirilməsi təmin edilmişdir.Nümayəndəlik tərəfindən tarixi gün və bayramların keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq sərəncamla təsdiq edilmiş və icrası təmin edilmişdir.Bununla əlaqədar verilmiş sərəncamlar aidiyyəti məsul şəxslər tərəfindən tanış edilmiş və vizalar qoyulmuşdur.
       Ərazi nümayəndəliyi üzrə 9 əmr verilmiş Əmrlər nümayəndəlik işçilərinin məzuniyyətə buraxılması, mükafatlandırılması, ərazi nümayəndəliyinin müaliyyə fəaliyyətinin aparılmasına aid olmuşdur. Əmrlərin verilməsində kənarlaşmaya yol verilməmişdir.
              Nümayəndəlik tərəfindən hər il 01 yanvar vəziyyətinə Təsərrüfatbaşına uçot kitablarının yazılması “Azərbaycan Respublikası Dövlət Statistika komitəsinin 05may 2010 cu il tarixli 17\11 nömrəli sərəncamı” ilə təsdiq olunmuş təlimata uyğun dürüstləşdirilmiş, təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan  şəxslərin siyahısı aparılmışdır.Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün  ərazidə aktiv seçici huququna malik olan seçicilərin siyahısı həmçinin Respublikadan kənarda olan seçicilərin siyahısı dəqiqləşdirilmişdir. Təsərrüfatbaşına kitabların işlənilməsində bəzi nöqsanlarımız vardır,bununla əlaqədar tədbirlər görülür.
          Hesabat ilində ərzai nümayəndəliyinə müxtəlif təşkilatlardan 40 məktub daxil olmuş və ərazi nümayəndəliyi tərəfindən 175 məktub-sənəd göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr2003-cü il tarixli 935 nömrəli fərmanı ilə təsdiq olunmuş  Dövlət hakimiyyəti orqanlarında İdarə ,təşkilat və müəssələrində kargüzarlığın aparılmasına dair təlimatına əsasən daxil olan məktub-sənədlər sira ilə qeydə alınmış, daxilolma ştempi vurulmuş, darkənar qoyulmuş,qanuna müvafiq baxılmış icra olunmuş,müddət pozuntusu olmamış  ,icrası barədə  İdarə və təşkilatlara  qanuna müvafiq cavab verilmiş,icra olunması barədə yekun arayışlar yazılaraq daxilolan sənədlərin üzərinə tikilmişdir.
       Vətəndaşların vəziyyəti aktları qanun vericiliklə müəyyən edilmiş qaydada aparılmış “Ailə Məcəlləsi ” nin tələblərinə əməl edilmişdir.
         Hesabat ilində 77 nəfərə doğum haqqında şəhadətnamə verilmiş,8 nəfər gənc  ailənin nigahı bağlanmış və 26 nəfər üçün ölüm haqqında şəhadətnamə yazılmışdır
        Nümayəndəlikdə vətdaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilinə “Vətəndaşların müracıətlərinə baxılması qaydası haqqında ”Azərbaycan Respublikası  Qanunu “ nun tələbləri səviyyəsində baxılmasına səy göstərilmişdir.
        Nümayəndəliyə 2015- ci ildə vətəndaşlar tərəfindən 25 müraciət daxil olmuşdur.
          Müraciətlər əsasən imkansız ailələrə maddi yardımın göstərliməsi,qəzalı vəziyyətdə olan dirəklərin dəyişdirilməsi, ailələrdə yaranan narazılıqlar, qonşu mübahisələri, kənd təsərrüfatı istehsalçılarına texnika cəhətdən köməklik göstərilməsi,pay torpaqlarının yerinin müəyyənləşdirilməsi və s olmuşdur.Yazılı müraciətlər əsasən vətəndaşların təsərrüfatların ayrılması barədə olmuşdur  .Şifahi müraciətlər tərəfimizdən vaxtında araşdırılaraq  müsbət  həll olunmuşdur.Mübahisə və münaqişələrin həllində kənd ağsaqqallarının köməyindən istifadə edirik. Ağsaqqallarımız  kənd ictimaiyyətinin problemlərinin həllində daima bizə yardımçı olurlar buna görə onlara minnətdarlığımızı bildiririk.
           Buna baxmayaraq  bu sahədə nöqsanlarımızda vardır ki,vətəndaşlarımız tərəfindən  yuxarı rəhbər orqanlara müraciətlərdə edilir.Çalışacağıq ki,vətəndaşları düşündürən məsələlər barədə müraciətlər  səlahiyyətlərimiz çərçivəsində  ərazi daxilində həll olunsun.
         Güllütəpə ərazisindən yuxarı rəhbər orqanlara  2015-ci ildə  54 müraciət daxli olmuşdur, bunlardan 19 müraciət Azərbaycan Respubliksının Prezident  Administrasiyasına  35  müraciət rayon İcra Hakimiyyətinə ünvanlanmışdır.
           Prezident Administrasiyasına  ünvanlanmış  19 müraciətdən- 7 müraciət Yolağac kənd sakini Abasquliyev Yalçın Eynulla oğlu tərəfindən yanmış evinin bərpa olunmasına köməklik edilməsi barədə olmuş- Bununla əlaqədar ona  imkanlı şəxslər və rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.  2 müraciət Güllütəpə kənd sakini Tarverdiyeva Nəsibə  Ataş qızı tərəfindən yaşayış evi tikilməsinə köməklik  edilməsi barədə olmuşdur .Müraciətlə əlaqədar vətəndaşla görüşüb söhbət etdik söhbət zamanı ona izah etdik ki, vətəndaşlar üçün fərdi yaşayış evi tikilməsi nəzərdə tutulmayıb ,hər bir vətəndaş  fərdi yaşayış evini özü tikiməli və vaxtlı-vaxtında təmir etdirməlidir.Bundan əlavə ərazidə yaşayan imkanlı şəxslərdən xahiş olundu ki,ona köməklik etsinlər. 1 müraciət Güllütəpə kənd sakini Binyətov Əli Həsənbala oğlu tərəfindən qediş –gəliş yolun zəbtdən azad olunması ilə bağlı  olunmuşdur. Müraciətə bələdiyyə üzvləri ilə birlikdə  yerində baxılmış və vətəndaşın haqsız olduğu məlum olmuşdur. 3 müraciət Tatyanoba kənd sakini Ağayeva Gülnar Nürəddin qızı tərəfindən Ünvanlı Sosial yardım ala bilməməsi ilə bağlı  olmuşdur. Bununla bağlı vətəndaşın vəziyyəti ilə tanış olunmuş onun ünvanlı yardımla təmin olunması ilə bağlı Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət olunmuşdur. 2 Müraciət Cəlilabad ryonunda daimi qeydiyyatda olmaqla ərazimizin Tatyanoba kəndində yaşayan Baxışov Əlişah Rüstəm oğlu tərəfindən ərazi nümayəndəliyinin işindən narazılıq və pay torpaqlarının satılması barədə olmuşdur. Bildiririk ki, Baxışov Əlişah Rüstəm oğlu 2014-cü ildə də dəfələrlə buna oxşar müraciətlər etmiş dir. Onun  müraciətlərin  hər dəfə baxılmış haqsız olduğu məlum olmuşdur. 1 müraciət Hal-hazırda Yeyənkənd ərazisində yaşayan Səmədov Rahid Əsgər oğlu tərəfindən olmuşdur.Müraciətlə əlaqədar Güllütəpə bələdiyyəsi ona bir neçə dəfə yer göstərsə də o, razılaşmamışdır. 1 müraciət Köhnə Zuvand kənd sakini Baxşıyeva Nazxanm Seyfəl qızı tərəfindən I qrup əlil olan 3 uşağına maddi yardım edilməsi ilə əlaqədar olmumşdur. Müraciətlə bağlı ona bələdiyyə və ərazi nümayəndəliyi tərəfindən  maddı yardım olunmuşdur. 1 müraciət Əmirtürbə kənd sakini Cabbarova Həyat Ulduz qızı tərəfindən yaşayış evinin qəzalı olması barədə olmuşdur.Müraciətlə bağlı bələdiyyə  ilə birlikdə yaşayış evinə baxış keçirərək ak tərtib edib rayon Fövqəladə hallar komissiyasına təqdim etdik. 1 müraciət Əmirtürbə kənd sakini  Eynullayeva  Bəsti Qəfər qızı tərəfindən yaşayış yeri istəməsi barədə olmuşdur. Müraciətlə əlaqədar  B.Eynullayeva ilə görüşüb söhbət edildi.Söhbət zamanı məlum oldu ki, o, ailə üzvləri ilə birlikdə qayınatası Eynullayev Qurban Qüdrət oğluna məxsus iki mərtəbəli yaşayış evində yaşayır, evin hərbir şəraiti  var, genişdir. Bundan əlavə o,torpaq sahəsinin verilməsi və orada dövlət tərəfindən yaşayış evi inşa edilməsini istədiyini  bildirdi .Ona izah olundu ki, dövlət tərəfinidən vətəndaşlar üçün yaşayış evi tikilməsinə görə dövlət  büdcəsində vəsait nəzərdə tutulmadığı üçün hər bir kəs yaşayış evini özü inşa etdirməlidir. Bunula yanaşı rayon İcra Hakimiyyətinə 15 müraciət daxil  olunmuş, bunlardan 3 müraciət  ərazimizin sakinləri Alışova Günay Mərdan qızı,İbrahimova Sürayyə Rəyasət qızı və Qulamova Sümayə Müqəddəs qızı tərəfindən   nigah yaşının azaldılması  ilə əlaqədar olmuş –Qanunamüvafiq olduğu üçün Masallı rayon İcra Hakimiyyətinnin başçısının müvafiq sərəncamları ilə onların nigah yaşları azaldılmışdır. 1 müraciət Yolağac kənd sakini Bəşirova Sahilə Firudin qızı yanmış yaşayış evinin təmir olunmasına köməklik istəməsi ilə əlaqədar olmuş- bununla əlaqədar rayon İcra  Hakimiyyəti tərəfindən vətəndaşa  500 manat köməklik edilmişdir, 1 müraciət Güllütəpə kəndində daimi qeydiyyatda olan Masallı şəhərində Qarabağ əllilləri üçün inşa olunmuş binada yaşayan Ağaverdiyev Şakir Nurulla oğlu tərəfindən  qarabağ əlili olduğu üçün yardımla  təmin olunmasına köməklik istəməsi barədə olmuşdur- Vətəndaşa maddi köməklik olunmuşdur. 1 müraciət Yeni Zuvand kənd sakini Əlinağıyev Ərzuman Yunsur oğlu tərəfindən  Masallı şəhərində yerləşən  yanmış dükanın bərpasına köməklik  barədə  olmuşdur. Bununla əlaqədar İmkanlı şəxslər tərəfindən vətəndaşa maddi köməklik göstərlimişdir. 1 müraciət Əmirtürbə kəndində yaşayan Cabbarova Həyat Ulduz qızı tərəfindən maddi köməklik edilməsi barədə olmuşdur-Vətəndaşa bələdiyyə tərfindən  maddi yardım olmuşdur. 1 müraciət Yeni Zuvand kəndində daimi qeydiyyatda olan Muradov Nazim Abusət oğlu tərəfindən ixtisasına uyğun dərs tədris etməsinə icazə istəməsi barədə olmuşdur- VətəndaşYeni Zuvand kənd tam orta məktəbində  ixtisasına uyğun  dərslə təmin olunmuşdur. 1 müraciət Köhnə Zuvand kənd sakini Mirzəyev Elşad  Şəmsəddin oğlunun  bələdiyyə seçkilərinin  saxta keçirilməsinin qarşısının alınması  barədə olmuşdur.Müraciət qanunamüvafiq araşdırılmış , vətəndaşın  müraciəti təmin olunmuşdur. 1 müraciət Güllütəpə kənd sakini Əsədov Babək İlham oğlu tərəfindən işsizlikdən əziyyət çəkməsi  iş istəməsi barədə olmuşdur- Vətəndaşa tövsiyyə olundu ki, Masallı rayon Məşğulluq Mərkəzinə müraciət etsin. 1 müraciət Güllütəpə kənd sakini Binyətov Əli Həsənbala oğlu tərəfindən  otlaq sahənin otarılması  barədə olmuşdur.- Bununla əlaqədar Güllütəpə bələdiyyəsinin sədri ilə birlikdə  vətəndaşla görüşüb söhbət etdik, söhbət zamanı məlum oldu ki, Ə.Binyətov ona aidiyyəti olmayan mal-qaranın otlaq sahəsi barədə müraciət edib, ona izah  olundu ki, mal-qaranın örüşü ümumi istifadə üçün nəzərdə tutulub, və bir nəfər tərəfindən istifadə oluna bilməz – ona görə də vətəndaşın müraciəti əsassız sayıldı. 1 müraciət Tatyanoba kənd sakini Ağaverdiyev Fatma Fərail qızı tərəfindən  qardaşını himayəsinə götürmək istəməsi ilə bağlı olmuşdur-Onun müraciəti Masalllı rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə təmin olunmuşdur. 1 müraciət Güllütəpə kənd sakini Binyətov Həsənbala Qulam oğlu tərəfindən  oğlu ilə özü arasında olan setkanın sökülməsi barədə olmuşdur- H.Binyətovun bundan əvvəldə  Azərbaycan Respublikası Prezident Administrasıyasına, Nazirlər Kabinetinə rayon Prokurorluğuna buna oxşar müraciətlər etmiş ,dəfələrlə onun müarciətlərinə yerində baxılmış əsassız olduğu müəyyən olunmuşdur. 1  müraciət Yolağac kənd sakini Məmmədov Turab Əhəd oğlu tərəfindən  qanunsuz tikintiyə görə haqqında qəbul olunmuşcərimə qərarının ləğv edilməsi   barədə olmuşdur- Vətəndaşa izah olundu ki, qanunsuz tikinti işləri apardığına görə bərəsində  qəbul olumnuş qərar qanuna müvafiqdir və o, bu qərarı icra etməlidir. 1 müraciət Tatyanoba kənd sakini İsayev Elşad Hətəm oğlu tərəfindən yağan yağışlar zamanı yararsız vəziyyətə düşmüş evinin təmir olunmasına köməklik barədə olmuşdur.  Müraciətlə əlaqədar  Masallı rayon  Memarlıq və Arxitektura şöbəsinin əməkdaşları ilə birlikdə vətəndaşla görüşüb söhbət etdik .Söhbət zamanı məlum oldu ki, vətəndaşın həyətində bu evdən başqa iki yaşayış evi vardır.Bundan əlavə vətəndaşın  qardaşı onları yaşayış evinin qarşısında inşa etdirdiyi iki mərtəbəli evin qurunt suları demək olar ki, köhnə evlərinin daxilinə axır . Bu da 30 ilə yaxın yaşı olan çiy kərpic və meşə ağacından inşa olunmuş evin qəzalı vəziyyətinə səbəb olmuşdur. Vətəndaşa tövsiyyə etdik ki, qardaşlarının köməyi ilə  yeni tikilmiş evi təmir etdirərək oraya köçsünlər.Bundan əlavə ona izah olundu ki, dövlət büdcəsində  vətəndaşlara yaşayış tikilməsindən ötrü vəsait nəzərdə tutulmadığı üçün  hər bir kəs yaşayış evini özü tikməlidir.
          Hesabat ilinin aprel ayında Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil  Hüseynovun Güllütəpə ərazisində vətəndaşlarla keçirdiyi səyyar görüş əhali arasında rəğbətlə qarşılanmış,görüşdə  vətəndaşlar tərəfindən 7 təklif ilrəli sürülmüşdür ki,bunlarında 5 görülmüş işlərə görə minnətdarlıq 2-si isə Yolağac kəndində həkim məntəqəsinin tikilməsinə köməklik və qəzalı elektrik dirəklərinin dəyişdirilməsi olmuşdur Bunlar da öz həllini tapmışdır.
           Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovun qəbul günlərində ərazidən 15 vətəndaş cənab Başçının qəbulunda olmuşdur.Vətəndaşların müarciətlərinə qanuna müvafiq  baxılmış problemlərin həllində onlara köməklik göstərilmişdir.
        Müraciətlərin  2-si Güllütəpə kənd sakinləri  Cahangirova Mədinə Bayraməli qızı və  Cavadov Ramil Fürsənd oğlu tərəfindən ÜSY- almaq üçün köməklik köstərilməsi barədə olmuşdur.- Vətəndaşlara  qanunamüvafiq arayışlar verilirək onların ÜSY-la təmin olunması  Masallı rayon ƏSMM rəhbərliyindən xahiş edilmişdir. Onlara ÜSY təyin olunmuşdur.
       1 müraciət Yolağac kənd sakini Abasquliyev Eynulla Fərzulla oğlu tərəfindən   oğluna məxsus yanmış evin bərpası üçün  köməklik edilməsinə  görə minnətdarlıq etməsi olmuşdur. 1 müraciət Tatyanoba kənd sakini Ağayev Həsən Balaxan oğlu tərəfindən  xəstəliyi ilə əlaqədar dərman verilməsinə köməklik edilməsi barədə olmuşdur. Masallı rayon Mərkəzi Xəstəxanası tərəfindən vətəndaşa dərman peraparatları verilmişdir. 2 müraciət Tatyanoba kənd sakini Məcidov Mirhüseyn  Mirələm oğlu tərəfindən pay torpağının zəbt olunması barədə olmuşdur.Vətəndaşın torpaq sahəsi mərz nişanları  vurularaq ona tanıtdırılmışdır. 1 müraciət Köhnə Zuvand kənd sakini Baxışıyeva Nazxanım Seyfəl qızı  tərəfindən  3 əlil uşağına görə  maddi yardım  göstərilməsi ilə əlaqədar olmuşdur.Masallı rayon Mərkəzi xəstəxanası tərəfindən xəstə uşaqlara dərman verilmiş,bundan əlavə ərazi nümayəndəsi və kənd bələdiyyəsi tərəfindən vətəndaşa maddı yardım göstərlimişdir. 1 müraciət Əmirtürbə kənd sakini Cabbarova Həyat Ulduz qızı tərəfindən  qəzalı  vəziyyətdə olan evinin  təmir olunmasına köməklik edilməsi barədə olmuşdur. Bununla əlaqədar vətəndaşın evinə baxış keçirilmiş ,akt  tərtib olunaraq   Rayon Fövqəlada Hallar Komissiyasına təqdim edilmişdir.Bundan əlavə vətəndaşa köməklik edilməsi üçün imkanlı şəxslərdən xahiş edilmişdir. 1 müraciət Yeni Zuvand kənd sakini Əlinağıyev Arzuman Yunsur oğlu tərəfindən rayon mərkəzində yerləşən yanmış dükanının bərpa olunmasına köməklik edilməsi barədə olmuşdur.Dükanın bərpası üçün imkanlı şəxslər maddi köməklik göstərmişdir. 1 müraciət Yolağac kənd sakini Əliyev Nadir İsaxan oğlu tərəfindən iş istəməsi ilə bağlı olmuşdur.Vətəndaşa tövsiyyə olundu ki, ixtsiasi üzrə Masallı rayon Məşğulluq  Mərkəzinə müraciət etsin. 1 müraciət Tatyanoba kənd sakini Məmmədova Gülxanım Mail qızı tərəfindən  həyətyanı torpaq sahəsinin qaynı tərəfindən zəbt edilməsi ilə bağlı olmuşdur. Müraciətlə əlaqədar sözü gedən əraziyə baxış keçirdik məlim oldu ki,  G.Məmmədovaya  məxsus olan 0,06 ha torpaq sahəsinə heç kim müdaxilə  etməyib , sahənin yaxınlığında , bələdiyyəyə  aid olan yer üstündə qaynı ilə mübahisələri yaranıb.vətəndaşın müraciəti əsassız sayıldı. 1 müraciət Tatyanoba kəndində  daimi qeydiyyatda olan, Masallı şəhəri ərazisində yaşayan Niftullayeva İlhamə Ağaxan qızının  maddi köməklik istəməsi barədə olmuşdur. Müraciətlə bağlı vətəndaşa maddı köməklik edildi.Bundan əlavə ÜSY almaq üçün  lazım olan sənədlərin hazırlanmasına köməklik edildi. 1 müraciət Yolağac kəndində daimi qeydiyyatda olan ,Masallı şəhəri ərazisində yaşayan Şirəliyev Əzizağa Şirxan oğlu tərəfindən Masallı şəhəri ərazisində torpaq sahəsi istəməsi barədə olmuşdur.Müraciətin icrası Masallı şəhər bələdiyyəsinə tapşırılmışdır. 1 müraciət  Yolağac kənd sakini  Şirəliyev Zeynal Məmmədhüseyn oğlu tərəfindən  torpaq sürüşməsi zamanı qəzalı vəziyyətə düşmüş evinin təmir olunmasına köməklik edilməsi barədə olmuşdur.Müraciətlə əlaqədar vətəndaşın evinə baxış keçirib akt tərtib edərək rayon Fövqəlada Hallar Komissiyasına təqdim etdik. 1 müraciət Yolağac kənd sakini Şirəliyeva Xoşavaz Maşalla qızı tərəfindən  qızının döyülməsi barədə olmuşdur.Müraciətə rayon Polis Şöbəsi tərəfindən baxılmışdır.
         Azyaşlı qızların erkən ailə həyatı qurmasına qarşı mübarizə ərazi nümayəndəliyinin əsas vəzifələrindən biri olmuşdur. Azyaşlı qızların erkən ailə həyatı qurması faktı cəmiyyətin bəlası olmaqla bərabər yeni qurulmuş ailəni dağıdan, gənclərimizin həyatını məhv edən əsas səbəblərdən biridir. Ərazi nümayəndəliyi bu işdə “ Ailə Məcəlləsi”ni, “Təhsil haqqında” qanunu, Masallı RİH-nın başçısı cənab R. Hüseynovun imzası ilə təsdiq edilmiş tədbirlər planını rəhbər tutaraq əhali arasında maarifləndirmə işləri aparmışdır. Beləki.hesabat ilində valideynə xəbərdarlıq məktubu göndərilmiş ,bunlardan dördü nigah yaşının azaldılması üçün Masallı rayon İcra hakimiyyətində yaradılmış inzibati komissiyaya müraciət edərək sərəncam almış,digərləri barədə tədbir görülməsi üçün Rayon İcra Hakimiyyətinə müraciət olunmuş onların barəsindədə hüquq mühafizə orqanları tərəfindən tədbir görülmüşdür. Bu işdə ziyalılar, ağsaqqalar, din xadimləri fəal iştirak etməli, heç kəs bu vacib işdə kənarda qalmamalıdır. Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.
        Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır.Ərazidə 3 tam ,3 ümumi orta məktəb fəaliyyət göstərir.Məktəblərdə  884 şagird təhsil alır,onların təlim tərbiyəsi ilə  121 müəllim məşğul olur.
        Nümayəndəlik tərəfindən “Təhsil Haqqında “ qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət edilməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivinə yaxından köməklik göstərilir.tam orta  məktəblərimizdə 1-4 və 5-9 cu siniflərdə  şagirdlərin dərsə davamiyyəti yaxşı olsada yuxarı siniflərdə şagirdlərin davamiyyəti aşagı səviyyədədir.
        Ərazidəki 6 məktəbdən Tatyanoba  və Güllütəpə məktəbi  istisna olmaqla qalan məktəblərin mövcud texniki vəziyyəti qənaətbəxşdir. Hal-hazırda  Köhnə Zuvand kəndində yeni məktəbin tikintisi davam etdirilir.
       Ərazidə 1 həkim məntəqəsi ,2 tibb məntəqəsi fəaliyyət göstərir.Həkim Məntəqəsi tərəfindən hesabat ilində 1yaşdan 6 yaşadək uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır.Bunun nəticəsində uşaqlararasında göy oskürək,difteriya,tetanius  və qızılca kimi xəsrəliklər müşahidə olunmamışdır.
    Ərazidə 3 klub ,5 kitabxana fəaliyyət göstərir. Ərazidə fəaliyyət göstərən klubların bu ilki fəaliyyətləri bizi qane etmir. Mədəniyyət işçilərindən bundan sonra öz işlərində aktiv olmaq, gənclərin boş vaxtlarının səmərəli keçirilməsi üçün onların klublara  cəlb edilməsini təşkil etmək bir vəzifə kimi onlara tapşırılır. Güllütəpə kənd kitabxanası istisna olmaqla  digər kitabxanalarda sabitlik hökm sürür. Bu sahə üzrə xidməti yaxşılaşdırmaqdan ötrü işçi heyətindən oxucuların aktiv cəlb edilməsi üçün daha fəal olmaq tələb olunur .
      Ərazi nümayəndəliyinin mühüm işlərindən biri də gənclərin MilliOrdu siralarına hazırlanıb yola salınmasıdır.Cari ildə bu sahədə mühüm işlər görülmüşdür.Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğurunda döyüşlərdə  iki  gəncimiz şəhid olmuş,3 gəncimiz isə əlil olmuşdur.Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur.Müqəddəs gün və bayramlarda Rayon İcra Hakimiyyəti tərəfindən onların xatirələri daim əziz tutulur ,bundan sonrada onlara diqqətlə yanaşılacaqdır.
     Ərazidə Telekommunikasiya xidməti üçün EATS quraşdırılmış,sürətli internet xidmətindən istifadə olunur. Lakin bu sahədə də çatışmamazlıqlar mövcud -dur.Beləki,rabitə naqillərinin təmir edilməsinə ,yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır.
      Ərazidə elektrik enerjisindən istifadə edən 900 abanent vardır.Sərf olunan  elektrik enerji haqlarının yığılmasında ərazi nümayəndəliyi yaxından köməklik göstərir.Bu sahədə də hələdə çətinliklər mövcuddur.Beləki,Elektrik dirəklərinin və naqillərin yararsız halda olması  kiçik bir təbiət hadisəsi baş verən zaman qısaqapanmaların yaranmasına  və işıqların sönməsinə səbəb olur.
       Nümayəndəlik ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün normal şərait yaratmış və onlara hər cür köməklik etməyə hazırdır. Kəndləriimiz əsasən dağlıq və dağətəyi ərazidə yerləşir. Əhali qismən əkinçiliklə və əsasən heyvandarlıqla məşğul olurlar. Elə buna görə də kənd təsərrüfatında heyvandarlığın xüsusi çəkisi ərazimizdə yüksək yer tutur. Kəndlərimizdə iri buynuzlu mal-qaranın sayı 4160 baş, xırda buynuzluların sayı 4584 baş, ev quşlarının sayı isə 25600 başa çatmışdır.
       Hazırda ərazidə 20 ticarət obyekti, 1 məişət xidməti obyekti, 1 mebel sexi, 1 avtomobil təmiri sexi və sərnişin daşıyan bir neçə avtobus əhaliyə xidmət göstərir.
         Ərazidə 2015-cü ildə 35  ha taxıl, digər  tərəvəz bitkiləri əkilib becərilərək məhsulu toplanmışdır. Növbəti il üçün isə 38 ha sahədə payızlıq  şum vurulmuşdur. Bundan 32 ha sahədə buğda əkilmışdir.
        Güllütəpə ərazi nümayəndəliyi ilə Güllütəpə bələdiyyəsi  2015-ci ildə də birgə fəaliyyət göstərərək ili uğurla başa vurmuşuq. Tərtib edilmiş fəaliyyət proqramı əsasında ərazidəki mövcud problemlərin  tamamilə və bəzi problemlərin isə qismən həlli mümkün olmuşdur.
        Bələdiyyə ilə birlikdə birsıra işlər görülsədə yerli əhəmiyyətli məsələlərin həllində işimiz qənaətbəxş deyildir.Bununda ən əsas səbəbi  bələdiyyə büdcəsinin  əsasını təşkil edən resusurlardan tam istifadə olunmaması və bələdiyyə büdcəsinin kəsrlə yerinə yetirilməsidir.Bununla yanaşı ərazidə bərk məişət  tullantılarının yığılıb daşınması işi qismən  təşkil olunmuşdur..Çalışacağıq ki,ərazidə komunal xidməti işini  daha da genişləndirək  küçə və məhəllələrin təmiz saxlanılmasına nail olaq.
     2014-cü ildə ərazinümayəndəliyinin hesabatında  iki təklif irəli sürülmüş .Bunlar Yeni Zuvand kənd tam orta məktəbinin əsaslı təmir olunması və əraziyə təbii qaz xəttinin çəkilməsi olmuşdur. Təkliflər icra olunması üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.Təkliflərin icrası müəyyən səbəblərdən hələlik mümkün olmamışdır.Yaxın gələcəkdə onların da həllinə nail olacağıq.
    Cari ildə müxtəlif əhali qrupları ilə görüşlər keçirilmiş təhsil, səhiyyə və digər məntəqələrdə mövcud vəziyyət təhlil edilmiş və görülmüş tədbirlər nəticəsində xeyli irəliləyişə nail olmuşuq. Beləki, Ərazidə təmirə ehtiyacı olan kənd arası yollarda əsaslı və cari təmir işləri aparılmışdır. Yolağac kəndindən Köhnə Zuvand kəndinə gedən yolun 1.3 km hissəsi ,AZKİL -2 layihəsi əsasında Yeni Zuvand ,Əmirtürbə və Tatyanoba kəndlərində 8,5 km kəndarası yolları   çınqıl döşənərək təmir olunmuşdur. Ərazidəki kəndarası yollarda yağış sularının yoldan kənarlaşdırılması üçün 11 ədəd azbest turba alınaraq kanallar çəkilmiş ,Yolağac  kəndində tibbin səviyyəsinin yaxşılaşdırılması üçün Dövlət  tərəfindən Tibb məntəqəsi ,  tikilərək əhalinin istifadəsinə verilmişdir. Bundan əlavə Köhnə Zuvand kəndində dövlət hesabına  müasir tipli məktəb binasının tikintisi davam etdirilir.
         Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrdə çoxdur. Ərazidə rayon rəhbərliyinin köməkliyi ilə əhaliyə tibbi xidməti yaxşılaşdırmaqdan ötrü  Köhnə Zuvand kəndində  tibb məntəqəsi tikilməsini təşkil etmək, ərazinin qazlaşmasından ötrü yuxarı təşkilatlar qarşısında məsələ qaldırmaq,Yolağac –Tatyanoba Güllütəpə  yolunun  əsaslı təmiri , AzKil –in köməkliyi ilə Güllütəpə və Yeni Zuvand kəndlərində abadlıq işlərinin görülməsi.   
       Ola bilər ki, hesabatda fəaliyyətimizə aid bütün sahələrə toxuna bilmədim. Əminəm ki, çıxış edənlər qeyd olunmayanları yada salacaqlar.
    Sizi əmin edirəm ki, Ərazi nümayəndəliyi bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daxili və xarici siyasətini, Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovun göstəriş və məsləhətlərini əldə rəhbər tutaraq ərazidə içtimai-siyasi sabitliyə, ərazinin sosial-iqtisadi inkişafının sürətlənməsinə və əhaliyə xidmət səviyyəsinin yüksəlməsinə nail omağa çalışacaqdır.

Keçidlər