Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları

29 dekabr 2021 | 16:00

Masallıda “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” mövzusunda konfrans keçirilib

29 dekabr 2021-ci il tarixdə ilə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsinin ,Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin, Təhsil şöbəsinin, Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə 31dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” mövzusunda konfrans keçirilib.

Əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov açaraq tədbir iştrakçılarını salamlamış və bildirmişdir ki, ulu öndərin həmrəylik, vətənçilik, Azərbaycançılıq ideyaları Azərbaycanı qüdrətli və inkişaf etmiş dövlətə çevirib. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar məhz bu ideyalara əsaslanaraq vahid bir məqsəd naminə birləşib, qüdrətli Azərbaycan dövləti ilə yanaşı, ciddi potensiala malik Azərbaycan diasporu formalaşıb. Azərbaycan diasporu tarixinə görə yeni fenomen olsa da, məhz tolerant, mədəni, iqtisadi inkişaf kimi fundamental dəyərlərə əsaslandığı üçün ciddi bir siyasi reallığa çevrilib. İdarə rəisi vurğuladı ki, artıq Dünya Azərbaycanlıları 31 dekabrı qalib xalq olaraq qeyd edir.cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Biz inanırıq ki, Prezidentimizin rəhbərliyi ilə bundan sonar azərbaycan xalqı qalib xalq olaraq yaşayacaq.

Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov,Masallı rayon Təhsil şöbəsinin metodisti ,tarixçi Əyyar Burhanov, Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Fərid Hüseynov, Masallı dövlət Regional kollecinin müəllimi Elçin Ağayev, Masallı dövlət Regional kollecinin tələbəsi Süsən Məlikova çıxış edərək bildiriblər ki, Azərbaycançılıq ideologiyası zəngin ictimai-siyasi, tarixi-fəlsəfi və milli qaynaqlarımızın bünövrəsi üzərində formalaşıb, xalqımızın

bugünkü sağlam mənəviyyatının, dövlət siyasətinin, cəmiyyətdə milliliklə bəşəri dəyərlərin sintezindən yaranan müasir duyğu və düşüncələrinin təşəkkül tapmasına təkan verib, öz əhəmiyyətini isə dünya azərbaycanlılarının bir bayraq altında birləşməsində göstərib. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindəndir.

Keçidlər