“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş idman yarışları
Masallıda “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş idman yarışları başa çatıb
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş idman yarışları başa çatıb.
Yarışların keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam həyat tərzinin formalaşdırılması , onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi həmçinin idmanın kütləviliyinin təmin olunması olmuşdur.
Qeyd edək ki, 23-29 dekabr 2021-ci il tarixlərdə keçirilən yarışlarda məktəblilər şahmat, mini-futbol, voleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə qüvvə və bacarıqlarını sınayıblar.
Yarışlarda qaliblərə diplomlar təqdim olunub.