Şriftin ölçüsü :

Saytın rəngi :

Ərkivanda abadlıq işləri davam edir

06 yanvar 2022 | 16:00

Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri davam edir.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı Akif Ağayev Ərkivan qəsəbəsindən xəbər verir ki, qəsəbənin Bağlakücə məhəlləsinin (Bağlaküçə küçəsi) giriş qapısı hazırlanıb, işıqlandırma sistemi qurulub. Küçələrin kənarı kol-koslardan təmizlənərək, genişlənir, çınqıllanır, yolboyu suötürücü arxlar, kanallar sahmana salınır, ağaclar əkilir.
Qeyd edək ki, davam edən abadlıq-quruculuq işləri təşəbbüskar-təşkilatçılar tərəfindən yerli sakinlərin və qəsəbədən kənarda yaşayan ərkivanlıların maddi dəstəyi ilə həyata keçirilir.

Keçidlər