Masallıda rayon rəhbəri yoxlamaları davam etdirir
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ərazilərdə təsərrüfatbaşına uçot kitablarının vəziyyəti ilə bağlı yoxlamaları davam etdirir.
Belə ki, yoxlama zamanı rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev Masallı şəhər, Banbaşı, Güllütəpə, Yeyənkənd, Təzə Alvadı və.s inzibati ərazi dairəsi üzrə nümayndəliklərində yaradılmış qərargahların, işçi qruplarının fəaliyyəti, mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarında məlumatların mövcud vəziyyətə uyğun qeyd edilməsini, təsərrüfat üzvlərinin, eyni zamanda həmin ünvanlarda müvəqqəti yaşayan şəxslərin siyahısının dəqiqləşdirməsini, habelə seçici siyahılarında müvafiq dürüstləşmələr aparmasının vəziyyəti ilə tanış olmuşlar.
Rayon rəhbəri təsərrüfatbaşına uçot kitablarında yol verilmiş nöqsanlarla bağlı məsul şəxslərə iradlarını bildirmiş, şəffaflığın təmin olunması, məsuliyyətin artırılması ilə bağlı öz tapşırıq və tövsiyyələrini vermişdir.
Qeyd etmək istərdik ki, rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərində təsərrüfatbaşına uçot kitablarının vəziyyəti ilə bağlı yoxlamalar davam etdirilir.