Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində abadlıq-quruculuq işləri

07 yanvar 2022 | 16:00

Masallı şəhərində abadlıq-quruculuq işləri uğurla davam etdirilir

Havalar soyuq keçsə də inşaatçılar Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirirlər.

Hazırda əsas diqqət Azərbaycan prospektində Xətai parkının girişindəki sahəyə yönəlib. Burada 35 metr uzunluğunda hörülən daş divarda üzləmə işi gedir. Şəhər ərazi nümayəndəliyindən aldığımız məlumatda bildirilir ki, üzlənmiş divarlarda Şah İsmayıl Xətainin döyüş səhnələri mozaik şəkildə yer alacaqdır.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev şəhər ərazisindən xəbər verir ki, şəhərin Zərifə Əliyeva küçəsində divarların üzlənmə işləri görülür. Buradakı divarlarda da çınqıl daşlardan hörülmüş mozaik bəzəklər zövqləri oxşayacaq.

Keçidlər