Kartofçuluq Təklə kənd fermerlərinin diqqətindədir
Kartofçuluq bir neçə ildir ki, Təklə kəndi fermerlərinin diqqətindədir. Təkcə bu il ərazidə 300 hektar kartof əkilmiş və hər hektardan 20-25 ton məhsul götürülmüşdür.
Təcrübəli fermerlər növbəti il üçün də bu sahəni diqqətdə saxlayırlar. Bu məqsədlə torpaq keyfiyyətlə şumlanmış, toxum tədarük edilmişdir. Kənd ərazi dairəsi üzrə nümayəndə Tural Bəşirovdan aldığımız məlumatdan aydın olur ki, əmək adamları faraş məhsul əldə etmək üçün bu günlərdə kartof əkininə başlamış, qısa müddətdə 15 hektara yaxın torpağa toxum əkmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev Təklə kəndindən xəbər verir ki, yaxın günlərdə ərazidə 500 metrlik yola daş-çınqıl tökülüb sərilmişdir. Bu xeyirxahlığa Rusiya Federasiyasında yaşayan həmkəndliləri imza atıblar.