Şriftin ölçüsü :

Saytın rəngi :

“Şərəfli döyüş yolu” adlı kitabının təqdimatı

11 yanvar 2022 | 16:00

Masallı rayonunun Şərəfə kəndindəki Mərasim Evində torpaqlarımızın azadlığı uğrunda canından keçən Şərəfə və Ağakişibəyli kəndlərindən olan şəhidlərə həsr olunmuş “Şərəfli döyüş yolu” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat Pərvanə Ziyadovanın müəllifliyi ilə ötən ilin axırlarında Bakının «MDizayn» mətbəəsində, 224 səhifədə, təbaşirli kağzda, nəfis çəkildə 300 ədəd tirajla çap edilmiş Şərəfənin 9 şəhidinin ömür yoluna həsr olunmuş “Şərəfli döyüş yolu” adlı kitabının təqdimatına həsr olunmuşdur.
Təqdimat mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Suqovuşanın azad olunmasına görə” medallı, əslən şərəfəli olan və kitabda (səhifə 190) haqqında yazılan Qəşəm Hadıyev, «Cənub xəbərləri» saytının Baş redaktoru Zahir Əmənov, Şərəfə kəndinin veteran müəllimi Xankişi Xankişiyev, Elşad müəllim, Nahidə Məmmədova, Hacı Sərdar Ağababayev, Şərəfə kəndi şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbin direktoru Gülcan Kərimova, tanınmış iş adamı və xeyriyyəçi Əliməmməd Ziyadov və başqaları çıxış edərək tədbir iştirakçılarını Vətən müharibəsində 44 günlük müharibədən, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən və kitabda haqqında yazılan, torpaqlarımızın azadlığı uğrunda canından keçən şərəfəli və ağaşbəyli şəhidlərindən danışmışlar.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, görüş zamanı şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran “Şərəfli döyüş yolu” adlı yeni kitabın müəllifi Pərvanə Ziyadova bildirmişdir ki, kitab münaqişə başlandığı gündən qələbəyədək olan bir dövrdə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canından keçən qəhrəman şərəfəli şəhidlərinə həsr olunub. Kitabda hər bir şəhid haqqında ətraflı məlumat vardır. Canını torpaq uğrunda fəda etmiş  qəhrəmanlar həmişə sayılacaq və onlar daim fəxr mənbəyimiz olacaqlar.
Pərvanə Ziyadovanın “Şərəfli döyüş yolu” kitabı təqdimat mərasimində iştirak edən 200 nəfərə yaxın iştirakşıya paylanmışdır. Bu, Pərvanə xanımın ikinci kitabıdır. Müəllifin bundan qabaqkı «Uğurlu həyat hekayəsi» (Bakı şəhəri, «Zərdabi Nəşr», 2020-ci il, 200 səhifədə, təbaşirli kağızda) kitabı da geniş oxucu kütləsinin marağına səbəb olmuşdur.
Kitabın işindəkilər 18 bölmədıən ibarətdir. Hər yazıya uyğun fotoşəkillər verilmişdir.
Aktyor Cəmaləddin Əliyevin və Şərəfə kəndi şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbin tarix müəllimi Sərmayə Musayevanın (kitabın 34-35-ci səhifəsində «Mən şəhid olsam da, Şuşam azaddır!» şeiri, 62-63-cü səhigəsində «Qəlbimdə əbədi heykəli olan şagirdim» və 88-89-cu səhifədə «Nümunəvi şagird, qayğıkeş ata, igid döyüşçü» məqalələri, 90-cı səhifədə «Şəhid Nurlan», 117-ci səhifədə Qarabağ uğrunda qəhrəmancasına vuruşaraq şəhid olmuş igid həmkəndlilərimin əziz xatirəsinə», 139-cu səhifədə «Səni ziyarətə el-oba gəlir» və 151-ci səhifədə «Tanrının dərgahındasan» şeirləri verilmişdir) hazırladığı şagirdlərin iştirakı ilə məktəblilər şəhidləri vəsf edən ədəbi-bədii kompozisiya təqdim etmişlər.
Axırda tədbir iştirakçıları kənd qəbiristanında şəhid məzarlarını ziyarət etmiş, ruhlarına dualar oxumuşlar.

Keçidlər