“Şəxsi İnkişaf və Motivasiyanın Psixologiyası” mövzusunda seminar
13 yanvar 2022 | 16:00
“Masallı Gənclər Evi” sosial xidmət müəssisənin təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində “Şəxsi İnkişaf və Motivasiyanın Psixologiyası” mövzusunda seminar keçirilmişdir.
Tədbirə başlamazdan əvvəl 44 günlük Vətən Müharibəsi zamanı canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin Təlimçisi Ramal Şükürov qeyd edilən mövzular barəsində öz fikirlərini Gənclərlə bölüşmüşdür.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.