MUZEYİN QONAQLARI…
Masallı Tarix- Diyarşünaslıq Muzeyi turistlərin, yerli sakinlərin ən çox ziyarət etdikləri mədəniyyət ocağıdır. Hər gün muzeyin qapısı gələnlərin üzünə açıqdır.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, yeni ilin ilk günlərində Bakıda və Rusiya Federasiyasında yaşayan 15 həmyerlimiz ölkənin böyük muzeylərindən sayılan Masallı Tarix- Diyarşünaslıq Muzeyində olmuş, xalqımızın qədim tarixini, milli dəyərlərini özündə əks etdirən eksponatlara baxmışlar. Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva qeyd edir ki, qonaqları muzeyin bələdçisi Anar İmanov və baxıcı Çingiz Qurbanov eksponatlarla tanış etmiş, onlara Masallının tarixi, adət-ənənələri, qədim əmək alətləri və başqa maraqlı eksponatlardan məlumat vermişlər.