Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı boksçusu ölkə çempionatının bürünc mükafatçısıdır

15 yanvar 2022 | 16:00

Böyüklər arasında boks üzrə Azərbaycan çempionatı keçirilir.

Azərbaycan Boks Federasiyasının idman zalında təşkil olunan yarışlarda (11-15 yanvar) dəri əlcək ustaları 13 çəki dərəcəsi üzrə mübarizə aparırlar.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarından 29 komandanın heyətində 100 kişi boksçusu qatılıb. Çempionların adına yanvarın 15-də aydınlıq gələcək.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, respublika çempionatında Masallı komandasını iki boksçumuz – Camal Səfərli (60 kq) və Qəyyum Quliyev (51 kq) təmsil edib. C.Səfərli mübarizəni 1/4 finalda dayandırsa da digər idmançımız növbəti mərhələyə yüksəlib.

Yekun nəticə olaraq Qəyyum Quliyev çempionatı üçüncü pillədə başa vurub.

Nəzərə çatdıraq ki, mükafatçılar respublika yığmasının heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Keçidlər