Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Azadlığın şanlı yolu" adlı tarix dərsi

15 yanvar 2022 | 16:00

Masallı Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq "Azadlığın şanlı yolu" adlı tarix dərsi kecirilib. Dərsdə rayonun Ərkivan qəsəbəsi 2 saylı tam orta məktəbinin şagirdləri iştirak edib. Dərs faciə qurbanlarının və vətən uğrunda canlarından keçən Qarabağ şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tarix dərsində Muzeyin direktoru Əntiqə Tağıyeva 1990-cı il Qanlı Yanvar faciəsi ilə bağlı tarixi faktları, eləcə də dönəmin siyasi vəziyyəti, faciənin günahkarları və hadisələrin tariximizdəki yeri barədə geniş bəhs edib.
Sonra məktəblilərlə 20 Yanvar faciəsi ilə bağlı müzakirələr aparılıb, sərgiyə baxış keçirilib.

Keçidlər