"Narkomaniya bəşəri bəladır"
Masallıda "Narkomaniya bəşəri bəladır" mövzusu müzakirə edilib
17 yanvar 2022-ci il tarixdə Masallı rayonu Təzə Alvadı kənd Elşad Əhədov adına 1 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis (RPŞ) və Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Narkomaniya bəşəri bəladır” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon Polis Şöbəsinin rəis müavini Elşən Talıbov, Təhsil Şöbəsinin müdiri Taryel Əkbərov, orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Narkomanlığa qarşı mübarizə sahəsində müvafiq qurumların, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışılıb.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş etdirilib.