Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı gəncləri Vətən müharibəsi veteranı ilə görüşdü

18 yanvar 2022 | 16:00

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi iştirakçısı, Veteran Kərimov Rahid İsgəndər oğlunu ziyarət etmişdir.
Ziyarət zamanı Veteran Rahidin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib.
Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən Müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə
inamın yüksək olduğunu bildirib. ll Qarabağ Müharibəsi iştirakçısı, Veteran Kərimov Rahid İsgəndər oğlu 01 Yanvar 1997-ci ildə Masallı şəhərinin Mehdi Hüseyn küçəsində anadan olmuşdur. 2001-2012-cı illərdə Masallı şəhər 1 saylı tam orta məktəbində təhsil almışdır.
2015-ci ilin yanvar ayında çağırışçı kimi həqiqi hərbi xidmətə yollanmış. Həqiqi Hərbi Xidmətini Azərbaycan Silahlı Qüvvələri Gəncə Şəhərinin “N” saylı hərbi hissəsində davam etdirmişdir. 2016-ci ilin İyul ayında ordu sıralarından tərxis olunub. Qəhrəmanımız Vətən müharibəsi zamanı Qubadlı və Ağcabədi rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.

Keçidlər