Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İnşa-yazı” müsabiqəsi

19 yanvar 2022 | 16:00

Masallıda “Qan yaddaşımız ” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir .

Masallı rayon Gənclər və İdman İdarəsinin , “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Masallı Gənclər evi”ndə “20 Yanvar – Ümumxalq Hüzn Günü” nə həsr olunmuş “Qan yaddaşımız ” mövzusunda Masallı rayon tam orta və ümumi orta ümumi təhsil məktəblərinin IX -XI sinif şagirdləri arasında “İnşa-yazı” müsabiqəsi keçirilmişdir

Tədbirdə əvvəlcə 20 yanvar və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, müstəqilliyimiz uğrunda canından keçmiş qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.

Müsabiqənin yekun nəticəsinə əsasən Masallı Şəhər İ.Əsgərli adın 3 saylı tam orta məktəbin IX sinif şagirdi Ləman Səfərova birinci yerə, “Dəfinə” mktəb-liseyinin IX sinif şagirdi Əliyeva Ayşən ikinci yerə, Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbinin X sinif şagirdi Əzizə İsmayılova üçüncü yerə layiq görülmüşdür.Frqləndiyinə görə isə Masallı şəhər R.Cəfərov adına 6 saylı tam orta məktəbin IX sinif şgirdi Zəhrə Cabbarova diplomla mükafatlandırılmışdır.

Müsabiqədə qalib gəlmiş bütün şagirdlərə Masallı rayon Gənclər və İdman İdarəsi və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən hazırlanmış diplomlar təqdim olundu.

Keçidlər