“20 Yanvar Azərbaycan xalqının milli azadlıq səlnaməsidir”
19 yanvar 2016-cı il tarixdə Masallı Dövlət Regional Kolleci ərazi ilk partiya təşkilatında “20 Yanvar Azərbaycan xalqının milli azadlıq səlnaməsidir” mövzusunda tədbir keçirilmişdir.
YAP Masallı rayon təşkilatının təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq 20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də Masallı Dövlət Regional Kolleci ərazi ilk partiya təşkilatında keçirilmişdir.
Tədbiri giriş sözü ilə Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov açmış, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.
Vidadi Nəzərov 20 yanvar hadisələrinin mahiyyətindən danışmış və qeyd etmişdir ki, xalqımızın həmin ağır günlərində, haqq səsinin heç yerə çatmadığı vaxtda ümummilli liderimiz Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gedib bəyanət verərək qəti etirazını bildirmiş, Qorbaçov siyasətinin iç üzünü açmışdır. “Hələ ulu öndər Heydər Əliyev 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri olarkən bu faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yaratdı. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il noyabr ayının 21-də 20 yanvarın hüzn günü kimi qeyd olunması barədə qərar verdi. Ulu öndər 20 yanvar faciəsinin günahkarlarının araşdırılması məsələsini daim diqqət mərkəzində saxlayırdı”.
Masallı Dövlət Regional Kollecinin direktor müavini Həsənov Baba öz çıxışında Qanlı Yanvar faciəsinin baş vermə səbəbləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində dağılmaqda olan Sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı Sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilib. Bu qanlı hadisəyə öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasından xəbər verirdi"
Tədbirdə iştirak edən YAP Masallı rayon təşkilatı aparatının rəhbəri Fəxrəddin Eyvazov çıxış edərək Azərbaycan xalqının tarixinə “Qanlı yanvar” kimi daxil olmuş, hadisələrdən danışmış, milli azadlıq yolunda canlarından keçmiş vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdıqlarını vurğulamışdır.
Sonra Cəlal Əliyev, Aidə Hüseynova və başqaları çıxış edərək milli azadlıq mübarizəsinin öncülləri gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə örnək olan şəhidlərimizin xalqımızın qəlbində daim yaşayacaqlarını qeyd etmişlər.