Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda idman yarışları başa çatıb

20 yanvar 2022 | 16:00

Masallıda  20 yanvar şəhidlərinin  xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb

        Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında idman yarışlarına yekun vurulub.

Yarışların keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla anılması, uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin formalaşdırılması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin idmanın kütləviliyinin təmin olunması olmuşdur.

Şahmat, mini futbol, voleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə keçirilən yarışlarda 200-ə yaxın  idmançı qüvvə və bacarığını sınayıb.

Beş gün (15-19 yanvar) davam edən yarışların qaliblərinə Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin diplom və medalları təqdim olunub.

Keçidlər