Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA FƏNN OLİMPİADALARI

22 yanvar 2022 | 16:00

22 yanvar 2022-ci il tarixdə Masallı şəhəri 3 nömrəli tam orta məktəbdə Respublika Fənn Olimpadalarının rayon mərhələsi keçirilib.
Respublika Fənn Olimpiadaları doqquz, on və onbirinci siniflər və xüsusi istedadı ilə seçilən səkkizinci sinif şagirləri arasında riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya, ümumilikdə səkkiz fənn üzrə təşkil olunub.
Respublika Fənn Olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir.
İnformatika fənni üzrə RFO rayon (şəhər) mərhələsi onlayn təşkil olunub.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov fənn olimpiadalarnın keçirildiyi Masallı şəhər 3 nömrəli tam orta məktəbdən xəbər verir ki, nəticələr www.portal.edu.az, www.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumtəhsil müəssisəsələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.

Keçidlər