SARIMSAQ ƏKİNİ DAVAM ETDİRİLİR
24 yanvar 2022 | 16:00
Masallı rayonunun ərazisində sarımsaq bitkisinin yetişdirilməsinə önəm verilir. Ötən il fermerlər 92,5 hektar sahədə sarımsaq yetişdirərək 1457,8 ton məhsul istehsal etməyə nail olmuşlar.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, ötən il Təklə, Qızılavar, Mahmudavar, Xırmandalı və Bədəlan ərazilərində bol məhsul əldə edən fermerlər bu il də sarımsaq əkinini davam etdirirlər. Hazırda hava şəratindən asılı olaraq torpağa sarımsaq toxumu əkilməsi davam etdirilir.