Masallıda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi
20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərin yekunu olaraq 20 yanvar 2016-cı il tarixdə Masallı şəhəri “Qəhrəmanlar parkı”nda 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım mərasimi keçirilmişdir.
Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər.
Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq şəhidlərin ruhuna dualar oxumuşlar.
20 yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsinin əsgərləri fəxri qarovulda nizami düzülüşlə düzülmüşdür.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilmişdir.