Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı həkimləri qazilərlə görüşdü

25 yanvar 2022 | 16:00

Masallı rayon Mərkəzi xəstəxanasının həkim kollektivi rayonun bir qrup qaziləri ilə görüş keçirmişdir.

Görüşdə Masallı rayon Mərkəzi Xəstəxanasın puplik hüquqi şəxsin direktoru, Tibb üzrə fəlsəfə doktoru Xanaba Hüseynov, Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi Eşqin Əliyev, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humantir məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masalllı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, "cenubunsesi.az" xəbər portalının baş redaktoru Mərhəmət Lələyev, Gənc Qazilər İctimai Birliyinin sədri Bəxtiyar Salayev və ib-nin sədr müavini Hikmət Salmanzadə iştirak etmişdir.

İlk öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra tədbiri açıq elan edən, Masallı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü jurnalist Mərhəmət Lələyev çıxış edərək, bildirmişdir.

"Hörmətli tədbir iştirakçıları bildiyiniz kimi Vətən müharibəsi dövründə əsgər və zabitlərimiz ilə birlikdə Azərbaycan Respulikasının səhiyyə işçiləridə həm ön cəhbədə həmdə arxa cəhbədə böyük fədakarlıq göstərmişdirlər. Bu gündə Azərbaycan Həkimi qazilərimizin sağlamlıqları üçün əllərindən gələni edirlər. Həkimlərimiz şəhid ailərinin, qazilərimizin, vətən müharibəsinin iştirakçılarının hər zaman yanında olurlar. Bu günləri sizlərlə bura toplaşmağımızda məqsəd artıq üç aya yaxındır ki, Masallı rayonunda Gənc Qazilər İctimai birliyi yaranmışdır.

Biirliyin əsas məqsədi qazilərimizə və şəhid ailələrinə maddi və mənəvi dəstək göstərməkdir, onların hər zaman yanlarında olmaqdır. apardığımız müşahidlər zamanı Masallı rayonunda fəaliyyət göstərən Masallı rayon Mərkəzi xəstəxanasının bir qrup işçiləri tərəfimizdən göstərdikləri xidmətlərə görə, təşkilat tərəfindən təltif olunacaqlar. Hörmətli həkimlər sağlamlığımızın keşiyində durduğunuz üçün hər birinizə təşəkkür edirik."

Daha sonra sözü alan Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi Eşqin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humantir məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova çıxışlarında bildirmişdirlər ki, biz həm rayon İcra hakimiyyəti olaraq, həmdə, rayon mərkəzi xəstəxanasının bütün həkim kollektivi hər zaman Şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərimizin yanındayıq.

Daha sonra çıxış edən Gənc Qazilər ictimai Birliyinin sədri, Bəxtiyar Salayev, ib-nin sədr müavini Hikmət Salmanzadə və ib-nin NTK sədri Tərlan Adgözəlov bu günkü tədbirə görə, göstərdikləri diqqət və qayğıya görə Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova, Mərkəzi xəstəxananın direktoru Xanbaba Hüseynova öz dərin minnətdarlıqlarını bildirmişdirlər. Sonra Qarabağ Vətən Müharibəsində və Müharibədən sonrakı dönəmdə nümayiş etdiyi birlik və bərabərlik, arxa cəbhədə yaralı əsgər və zabitlərə göstərdiyi müayinə - müalicə, diqqət və qayğıya görə , Gənc Qazilər İctimai Birliyinin Respulika Üzrə Sədri Hacı Vəliyev tərəfindən fəxri fərmanla təltif olunmuş, həkimlərə fəxri fərmanlar təqdim edilmişdir, sonda xatirə şəkili çəkilmişdir.

Keçidlər