Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı çəltik emalı zavoduna ekskursiya

26 yanvar 2022 | 16:00

Bu günlərdə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) könüllüləri “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsin ekskursiya ediblər. Könüllülər ekskursiya zamanı yeni texnologiyaların tətbiqi ilə çəltik emalı, xüsusi bunkerlərdən istifadə qaydaları ilə tanış olublar. Tanışlıq zamanı könüllü gənclərə bildirilmişdir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının çəkisi və rolu artmaqdadır. Bölgələrimizdə bu sahənin inkişafı istiqamətində icra olunan layihələr Azərbaycanda həm də ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məsələsinə böyük dərəcədə töhfə verir. Son illərdə yaradılan müasir müəssisələrdən biri də “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsidir. Bu cür müəssisələrin yaradılması ölkəmizin ümumi iqtisadi inkişafına da töhfə verir. Bu da Azərbaycan Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafına, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi önəmi bir daha təsdiqləyir. Bu çərçivədə çəltik tədarükünün stimullaşdırılması, əhalinin bu sahəyə marağının daha da artırılması xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə, son illərdə Masallı rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət artırılıb.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, sonra könüllülər toxumların xüsusi hazırlanmış şitilxanalarda saxlanılması, şitillərin əkinə hazırlanması qaydaları və kiçik texnikalar barədə ətraflı məlumata yiyələniblər.

Keçidlər