Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu davam etdirilir

27 yanvar 2022 | 16:00

“Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu davam etdirilir

  Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı  maarifləndirmə marafonu davam etdi. Növbəti ünvan Masallı rayonunun Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbində oldu.

    Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər təqdim edilib.

Klinikanın əməkdaşı, klinik-psixoloq Nigar Pənalıyeva uşaqlarda olan psixoloji problemlər, pediatr həkim Əsli Kalbalıyeva uşaqlarda olan qurd xəstəliyi və digər yoluxucu xəstəlikləri və fizioterapevt həkim Günel Nəsibova uşaqlarda qamət pozuntuları (onurğa əyrilikləri) haqqında valideynləri marifləndirdilər

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov tədbir keçirilən Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbindən xəbər verir ki, interaktiv formatda keçirilən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
     Qeyd edək ki, “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.
     Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır.
     Qeyd edək ki, “Sağlam uşaqlar xoşbəxt gələcəyin təminatıdır” şüarı ilə baş tutan marafonun ilk ünvanı Masallı şəhər 3 nömrəli tam orta məktəbi olub.

Keçidlər