Şriftin ölçüsü :

Saytın rəngi :

Zərərli vərdişlərə qarşı mübarizə

09 fevral 2013 | 16:00

08 Fevral 2013-cü il tarixdə saat:14:00-da Masallı rayon Gənclər Mərkəzində Yeniyetmə gənclər arasında hüduq pozuntularının və zərərli vərdişlərin profilaktikası sahəsində hüquqi maarifləndirici   tədbir keçirilmişdir.
103 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, narkomaniyaya qurşananların sayının getdikcə artması bu problem ətrafında xeyli düşünməyə əsas verir. Təəssüflə qeyd etmək lazımdır ki, bu problem və onun həlli yolunda atılan addımlar bütün respublikada olduğu kimi rayonumuzda da aktual olaraq qalır. Bunları nəzərə alaraq rayonumuzda konkret tədbirlər planı müəyyənləşdirilərək vaxtaşırı gənclərlə görüşlər, mühazirələr və seminarlar keçirilir.
        Son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlər görulür, lakin gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacibdir.
    Sonra Masallı rayon Təhsil şöbəsinin metodisti Hüseyn Hüseynov, gənclərdən Günay Mehtiyeva, Murad Cəfərov, Elmar Bayramov və başqaları çıxış edərək bildirmişlər ki, narkomaniya ilə mübarizədə təbliğatın kütləvi aksiyalarla aparılması, təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, narkomaniyaya həssas təbəqə olan gənclərlə treninqlərin keçirilməsi narkomaniya ilə mübarizədə müsbət yönümdə müəyyən dəyişikliklərə səbəb olur.
  Sonda tədbir iştirakçılarına tədbirlə bağlı bukletlər paylanılmışdır

Keçidlər