Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Gənclər həftəsi” çərçivəsində “Breyn rinq” intellektual bilik yarışı

28 yanvar 2022 | 16:00

28 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində Masallı rayon Gənclər və İdman İdarəsi , "Gənclər evi" sosial xidmət müəsissəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı "ASAN" İntellektual İnkişaf Mərkəzində,”2 Fevral-Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə "Azərbaycan Gəncləri günü - 25" mövzusunda "Breyn Rinq" İntellektual bilik yarışı üzrə gənclər arasında rayon çempionatı keçirilib

Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər Həftəsi” çərçivəsində rayon Gənclər və İdman İdarəsi tərəfində həyata keçirilən tədbirlər haqqında gənclərə geniş məlumat verərək tədbirin məqsədi barədə danışmışdır.Sonda bir daha bütün gəncləri 2 fevral Azərbaycan gəncləri gününün təsis edilməsinin 25 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək hər bir gəncə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Tədbirdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov çıxış edərək 2 fevral Azərbaycan gəncləri gününün təsis edilməsinin 25 illiyi münasibəti ilə gəncləri təbrik etmiş onlara uğurlar arzulamışdır.

Gərgin və maraqlı mübarizə şəraitində keçirilən rayon birinciliyinin yekun nəticələrinə əsasən, Binə Xocavar kənd B.Nuriyev adına tam orta məktəbin “Qarabağ” komandası birinci, Masallı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin”Sirus” komandası ikinci, Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin“Böyük Xocavar” komandası üçüncü yerə layiq görülüblər.Fərqləndiyinə görə isə Masallı “ASAN” xidmət Mərkəzinin “Evrika” komandası diplomla mükafatlandırılıb.

Qeyd edək ki, rayon birinciliyinin qalibləri Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən, 2 fevral Azərbaycan gəncləri günü diplomlarla mükafatlandırılacaq.

Keçidlər