Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
21 yanvar 2016-cı il tarixdə Masallı rayonu Təzə Alvadı kəndində Masallı rayon İcra hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədovun “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
F. Məmmədov hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Türk dünyasının böyük oğlu, müasir dünyanın siyasət nəhənglərindən biri, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu daxili və xarici siyasətin, düşünülmüş siaysi və iqtisadi islahatların nəticəsində Azərbaycan dövləti günü–gündən qüdrətlənir və xalqımızın maddi rifah halı yaxşılaşır. Bu günkü inkişaf, əminamanlıq və sabitlik Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının gərgin və məqsədyönlü əməyinin nəticəsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Masallı rayonuna tez–tez səfər etməsi, rayonumuzun həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olmasından xəbər verir. Respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da gedən inkişaf bu gün göz qabağındadır. Masallı rayonu bu gün sanki tikinti meydanını xatırladır. Rayon İcra Hakimiyyəti Başçısı Rafil Hüseynovun rəhbərliyi altında rayonda abadlıq və quruculuq işləri aparılır. Yollar və xiyabanlar yenidən qurulur, abadlaşdırılır, parklar rayon zəhmətkeşlərinin əsl istirahət yerlərinə çevrilir.
Görülmüş işlərə görə ərazimizin sakinləri adından möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlığımızı, rayonumuzda aparılan abadlıq və quruculuq işlərinə görə Cənab Rafil Hüseynova təşəkkürümüzü bildiririk.
Təzə Alvadı inzibati ərazi dairəsisi mərkəzi Təzə Alvadı kəndi olmaqla Əhmədli, Meşəkənarı kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 2063 ha, bundan 1070 ha əkinə yararlı torpaqlardır.
Ərazidə ümumilikdə 9154 nəfər, Əhmədli kəndində 1530 nəfər. Meşəkənarı kəndində 558 nəfər. Təzə Alvadı kəndində 6966 nəfər əhali var. Təsərrüfatlarin sayı 2480 olmaqla 1565 yaşayış evi vardır.
Masallı rayon İcra Hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş” Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq yerinə yetirir. Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır. Nümayəndəlikdə “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respulikası Qanunu”-nun tələbləri səviyyəsində baxılmasına səy göstərilmişdir.
Hesabat ilində nümayəndəlikdə səlahiyyətlər çərçivəsində sərəncamlar verilmiş, icrasından ötrü tədbirlər planı hazırlanmışdır.
Nümayəndəlik tərəfindən kargüzarlıq işləri “Dövlət Hakimiyyət orqanlarında idarə, təşkilat müəssisələrində kargüzarlığa dair” təlimatın tələbləri səviyyəsində aparılmışdır. Nümayəndəliyə müxtəlif təşkilatlardan 27 məktub daxil olmuşdur. Daxil olan sədələr təsnifatı üzrə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir. Göndərilən sənədlərin qeydiyyatı kitabı və surətlərinin saxlanması üçün qovluqlar açılmışdır.
Müraciətlər barədə nümayəndəliyin müavini X.Məmmədov məlumat verəcəkdir. Müraciətlərin əksəriyyəti səlahiyyətimiz çərçivəmizdə yerində həll edilmiş icrası barədə vətəndaşlara vaxtında cavab verilmişdir.
Buna baxmayaraq bu sahədə nöqsanlarımız da vardır. Belə ki, vətəndaşlarımız tərəfindən yuxarı rəhbər orqanlara müraciətlər edilmişdir. Çalışacağıq ki, vətəndaşları düşündürən məsələlər barədə müraciətlər səlahiyyətlərimiz çərçivəsində ərazi daxilində həll olunsun.
Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. 2015-ci ildə 800 ha sahədə buğda və vələmir, 192 ha sahədə kartof əkilmiş,məhsul vaxtında itkisiz tədarük edilmişdir. 35 ton tərəvəz, 34 ton paxlalı bitkilər götürülmüş, 18 ha sahədən xeyli çiyələk yığılmışdır. 1200 ton qarışıq ot tədarük edilmişdir.
Cari ildə istehsal olunacaq məhsulun vaxtında və itkisiz tədarük etmək üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə tədbirlər planı hazırlanır.
Məlumat üçün bildirirəm ki, 2016-cı ilin məhsulu üçün ərazidə 1000 hektar sahədə keyfiyyətli şum vurularaq 305 hektar sahədə buğda, 500 hektar sahədə vələmir, 18 hektar sahədə çiyələk əkilmişdir. 200 hektar şum vurulmuş sahədə kartof əkilməsi nəzərdə tutulmuşdur.
Ərazidə Əhalinin məşğuliyyət sahələrindən biri də heyvandarlıqdır. Hal- hazırda ərazidə 3475 baş iribuynuzlu, 4575 baş xırda buynuzlu mal-qara, 31500 baş quş, 80 arı ailəsi və 56 baş at saxlanılır.
Dövlətimiz hər zaman gənc nəslin təlim tərbiyəsinə diqqətlə yanaşır. Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır.
Ərazidə 4 məktəb, 1 uşaq bağçası, 1 sağlamlıq mərkəzi, 1 elektron ATS, 1 Poçt, 1 kitabxana, 1 Şadlıq Sarayı və 50- yə yaxın obyekt fəaliyyət göstərir. Məktəblərdə 1198 şagird təhsil alır. Onların tərlim tərbiyəsi ilə 123 müəllim məşğul olur. Nümayəndəlik tərəfindən “Təhsil Haqqında” qanunun yerinə yetirilməsinə nəzarət etməklə şagirdlərin dərsə davamiyyətində məktəb kollektivinə yaxından köməklik göstərilir. Məktəblərdə 1-9 siniflərdə dərsə davamiyyət 90-95% təşkil edir. 10-11-ci siniflərdə davamiyyət orta səviyyədədir. 2014-2015 ci il tədris ilində 11- ci sinifi bitirmiş 56 məzundan 21 nəfər Ali və orta ixtisas təhsil ocaqlarına qəbul olunmuşdur. Bu nəaliyyətin əldə edilməsində Təzə Alvadı 1 saylı tam orta məktəbin direktoru Möhsüm Süleymanovun və Təzə Alvadı 2 saylı tam orta məktəbin direktoru Saleh Hüseynovun zəhməti çox olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Təzə Alvdı 1 saylı tam orta məktəbin qızdırılması problemi həll edilərək istilik sistemi qaydaya salınmışdır.
Təzə Alvadı Kəndi rayonun ən böyük kəndlərindəndir. Burada şagirdlərin sayı çoxluq təşkil edir. Təzə Alvadı 2 saylı və Meşəkənarı kənd məktəblərinin binaları yararsız və müasir tələblərə cavab vermədiyindən yeni məktəb binalarının inşasına ciddi ehtiyac vardır.
Təzə Alvadı Sağlamlıq Mərkəzində 13 nəfər tibb işçisi çalışır. Burada həmişə əmək intizamına əməl olunur və əhaliyə yüksək tibb xidməti göstərilir. Sağlamlıq Mərkəzinin təmirində və qızdırılmasında müəyyən çətinliklər var. Sağlamlıq Mərkəzinin də təmirinə ehtiyac var.
“Hərbi çağırışın əsasları haqqında” qanunun yerinə yetirilməsi ərazi nümayədəliyi ilə hərbi komisarlığın birgə işi nəticəsində təşkil edilir. 2015- ci ildə ərazidə çağırışdan bir yayınma hallına yol verilmişdir ki, buda inzibati orqanlar tərəfindən araşdırılır.
Ərazidə fəaliyyət göstərən uşaq bağçasında 60 nəfər uşağın tərbiyyəsi ilə 7 nəfər müəllim məşğul olur. Bağçada uşaqların davamiyyəti, ərzaqla təmin olunması qənaətbəxşdir. Uşaq bağçasının qarşısında olan tut bağında istirahət mərkəzi yaradılıb və istifadəyə verilmişdir. Uşaq bağçasının təmirinə ehtiyac vardır.
Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində ərazidəki idman qurğularından və ərazidəki parkdan istifadə edilir.
Nümayəndəlik tərəfindən “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”-yə və Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”-nə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılır. Ərazimizdə 2015- ci ildə 146 doğum, 28 nigah, 44 ölüm faktlarının qeydiyyatı aparılmaışdır. Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsi əsas tutularaq azyaşlı qızların erkən nigahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur. Erkən nigahların qarşısını almaqdan ötrü ərazinin ziyalıları, ağsaqqalları və ictimayətin digər nümayəndələri ilə birgə vaxtaşırı yığıncaqlar keçirilir, lazımi tədbirlər görülür, insanlar maarifləndirilir. Buna baxmayaraq 2015-ci ildə ərazimizdə erkən nigahla bağlı bir fakt aşkar edilib, barəsində hüquq mühafizə orqanlarına məlumat verilmişdir.
Ərazimizdə məskunlaşan qaçqın, köçkün və aztəminatlı ailələr həmişə ərazi nümayəndəliyinin diqqət mərkəzində olmuşdur. Bütün bayramlarda onlara daxili imkanlar hesabına yardımlar edilmişdir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, ərazidə vətəndaşlar tərəfindən qanunsuz torpaq sahələrinin zəbt olunmasına qarşı inzibati qaydada bələdiyyə tərəfindən tədbirlər görülmüşdür. Torpaq zəbt etmiş vətəndaşlara bildirişlər göndərilmiş və onlardan zəbt olunmuş torpaqların sənədləşdirilməsi tələb edilmişdir. Ərazidə 193 nəfər qanunsuz torpaq zəbt edilmişdir. Qısa müddət ərzində 125 zəbt olunmuş torpaq sənədləşdirilmişdir. Zəbt olunmuş torpaqlardan 33-ü Meşəkənarı kəndində dövlət torpaqlarıdır. Sənədləşdirilməmiş torpaqlar qısa müddətə sənədləşdiriləcəkdir. Bunun üçün bələdiyyə ilə birlikdə müvafiq tədbirlər görülür..
Ələt-Astara yolunun kənarında yerləşən Milli Qəhrəman Elşad Əhədovun xatirə kompleksində bələdiyyə ilə birgə daxili imkanlar hesabına E.Əhədovun büstü təmir edilmiş, kompleksin ərazisi dəmir hasara salınmışdır. Xatirə kompleksində səliqə-səhman, abadlıq işlərinin görülməsi üçün tədbirlər görülür.
Ərazidə pensiyaçılara xidməti yaxşılaşdırmaq məqsədilə Bankomat fəaliyyət göstərir ki, bu da əhalinin rahatlığının təmin edir.
Ərazi nümayəndəliyi yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyə ilə birgə fəaliyyət göstərir, nümayəndəlik tərəfindən bələdiyyəyə yaxından köməklik edilir. 2015-ci ildə kənd arası yollar qumlanmışdır. Əhmədli kəndindən keçən su aparıcı çayın təmizlənməsi AZKİL tərəfindən həyata keçirilmişdir. Əhmədli kəndində 2 yerdə uzunluğu 18 metr olan su ötürücü borular quraşdırılmışdır. AZKİL-in köməkliyi nəticəsində Təzə Alvadı kəndində 5.3 km, Əhmədli kəndində 5.9 km, Meşəkənarı kəndində əsas yollara çınqıl qumu döşənmişdir.
Təzə Alvadı ərazi nümayəndəsi ilin əvvəlindən bələdiyyə ilə birlikdə tərtib edilmiş iş planına əsasən öz işini qurmuş, nəzərdə tutulmuş tədbirlər demək olar ki, yerinə yetirilmişdir. Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Belə ki, 2016- cı ildə kənd ara yollarının təmir edilməsi, elektrik dirəklərinin yenilənməsi, rabitə dirəklərinin dəyişdirilməsi kənd təsərrufatı üzrə yeni əlinçilik strukturunun yaradılması, Meşəkənarı kənd qəbristanlığının təmir edilməsi, Təzə Alvadı kəndinə çay üzərindəki piyada körpüsünün təmiri, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşıda duran vəzifələrimizdir. Növbəti 2016-cı ildə tədbirlərin icrası tam təmin olunacaqdır. Bu işlərin görülməsində bizə dəstək olacaq insanlara qabaqcadan minnətdarlığımızı bildiririk.
2015-ci il Respublikamızda keçirilən Milli Məclisə seçkilər də Azərbaycan xalqının yaddaşında qalacaqdır. Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələri lazımi avadanlıqlarla təhciz etmiş, səs vermə hüququ olanların siyahısı dəqiqləşdirilərək məntəqələrə verilmişdir. 01 noyabr 2015-ci ildə Azərbaycanın Respublikasının hər yerində oldğu kimi ərazimizdə də Milli Məclisə seçkilər yüksək səviyyədə və demokratik şəraitdə təlimata uyğun tam şəffaf keçirilmişdir.
Təzə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovu və toplantı iştirakçılarını əmin edir ki, ərazi nümayəndəliyi bundan sonra da öz işini “Yerli İcra Hakimiyyəti Haqqında” əsasnaməni rəhbər tutaraq hesabat yığıncağında irəli sürülmüş təkliflər barədə tədbirlər görəcək, onların icrası üçün bütün qüvvə və bacarığını sərf edəcək, bizə göstərilən etimadı doğruldacaqdır.