YAZA HAZIRLIQ GÖRÜLÜR
01 fevral 2022 | 16:00
Arıçılıq Masallının qədim və maraqlı təsərrüfat sahəsidir. Azərbaycan Arıçılar Assosiasiyası rayon təşkilatının sədri Səmədağa Həmidovdan aldığımız məlumatda bildirilir ki, hazırda ərazilərdə 20 mindən çox arı ailəsi mövcuddur. Hər il tonlarla bal istehsal edilib bazar və yarmarkalara çıxarılır. Məhsuldarlığı artırmaq üçün bu günlər yaza hazırlıq işlərinə başlanılıb. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, qutularda təmizlik işləri-əlavə ailələrin artırılması üçün şərait yaradılır. Qutulardakı boş çərçivələrin yeri dəyişdirilir.