Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Sağlam cəmiyyətə doğru” mövzusunda dəyirmi masa keçirilmişdir.

22 yanvar 2016 | 16:00

22 yanvar  2016-cı il tarixdə  Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə  “Narkotiklərə Qarşı Təbliğat” İctima Birliyi tərəfindən “Sağlam cəmiyyətə doğru” layihəsi çərçivəsində gənclərin narkomaniya əleyhinə maarifləndirilməsi mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gənclərimizə qarşıda duran məsələlər barədə məlumat verərək bildirdi ki, bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini diqqətə çatdıraraq vurğuladı ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirildiyini deyən C.Manafov  Bir daha bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Tədbirdə Masallı rayon Polis şöbəsinin qərərgah rəisi polis polkovniki-leytinantı Allahşükür Zahidov, Narkotiklərə qarşı milli təbliğat ofisinin sədr müavini Leyla Yolçiyeva , Masallı rayon Mərkəzi Xəstəxanasını həkim-narkoloqu Nazim Rufullayev, Masallı rayon Prokurorluğunun müstəntiqi Elvin Muxtarlı çıxış edərək bildirdilər ki,  hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu onunla izah oluna blər ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir. Təəssüflə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətində olduğunu vurğuladılar.
Tədbirin sonunda iştirakçılara bukletlər, balaca təqvimlər, döş nişanları, papaq köynək və disk paylanılmışdır.

Keçidlər