Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda İctimai Şuranın növbəti iclası keçirildi

07 fevral 2022 | 16:00

07 fevral 2022-ci il tarixdə şəhər Ağsaqqallar klubunda Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın  növbəti iclası keçirilib.

İclasda gündəlikdə duran iki məsələ müzakirə olunub: Dövlət qulluğuna keçdiyinə görə Vafiq Xəlilovun İctimai Şuranın üzvü və katibliyindən, işdəki nöqsanlara görə Mərhəmət Lələyevin İctimai Şuranın üzvlüyündən azad olunması barədə.

Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev hər iki məsələ barədə məlumat verərək hazırda Masallıda görülən abadlıq işlərindən geniş söhbət açıb. Ə.Mehdiyev həmçinin rayon rəhbərinin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıb.
İctimai Şuranın üzvlərinin təklifinə əsasən başqa Dövlət işinə keçdiyi üçün Vafiq Xəlilov İctimai Şuranın üzvü və katibliyindən, işdəki nöqsanlara görə Mərhəmət Lələyev İctimai Şuranın üzvlüyündən azad olunublar.
Hər iki məsələ barəsində Şura üzvləri Ziba Əsgərova, Cəmil Məmmədov, Solmaz Rəsulova, Səfail Eyvazov və Əlihüseyn Şükürov çıxış edib fikirlərini bildiriblər.
Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni katibliyinə səsvermə yolu ilə Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Məmmədhüseyn oğlu Şükürov seçilib.

Daha sonra şura üzvlərinin qarşısında duran məsələlər müzakirə olunub.

Keçidlər