MASALLIDA TİKİNTİ
2021-ci ilin yanvar-dekabr aylarında 181053,3 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 128710,1 min manatı dövlət mülkiyyətinin, 52343,2 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Bütün maliyyə mənbələrindən əsas kapitala 59507,0 min manat investisiya yönəldilmişdir.
Masallı rayon statistika idarəsinin rəisi əvəzi Ülfət Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin redaksiyasına bildirib ki, yönəldilmiş investisiyanın 5918,8 min manatı dövlət, 53588,2 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür. Bu investisiyadan 56765,3 min manatı tikinti quraşdırma işlərində istifadə edilmişdir. İnvestisiyanın 5806,8 min manatını dövlət, 50958,5 min manatını qeyri-dövlət mülkiyyəti təşkil edir.
2021-ci ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatının əsas sahələrindən olan tikinti bölməsində fəaliyyət göstərmiş tikinti müəssisələri tərəfindən öz gücləri ilə 1984,3 min manat və ya əvvəlki ilin müvafiq dövründən 15,3 faiz az tikinti işləri yerinə yetirilmişdir. Yerinə yetirilmiş tikinti işlərinin 1984,3 min manatı dövlət mülkiyyəti hesabına olmuşdur.