Şriftin ölçüsü :

Saytın rəngi :

Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

22 yanvar 2016 | 16:00

22 yanvar 2016-cı il tarixdə Masallı rayonu Qarğalıq kəndində Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyevin “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
S. Zalıyev hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, ölkəmiz üçün yüksək nailiyyətlərə, əlamətdar hadisələrlə zəngin olan daha bir il də təqvimin yaddaşına köçdü. Yola saldığımız 2015-ci ildə Azərbaycan Respublikasının dinamik inkişafı davam etmiş,ölkəmiz sosial-iqtisadi inkişaf sahəsində qazandığı yeni nailiyyətlərə görə regionda liderlik mövqeyini qoruyub saxlamışdır.
Respublikamızın hər yerində olduğ kimi 2015-ci ildə Qarğalıq kəndində Həkim Məntəqəsinin açılışı da sakinlər tərəfindən sevinclə qarşılandı. Görülmüş bu möhtəşəm işlərə görə ərazimizin sakinləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı və rayon İcra Hakimiyyəti başçısı təyin olunduğu gündən geniş miqyaslı tikinti quruculuq işlərinə başlamış cənab Rafil Hüseynova təçəkkürümüzü bildiririk.
Qarğalıq inzibati ərazi dairəsi mərkəzi Qarğalıq kəndi olmaqla,Kürdəbaz, Eminli, Şəhriyar, Qədirli, Dəlləkli və Xallıcallı kəndlərini əhatə edir.Ərazinin ümumi sahəsi 3166 hektar,əhalisi 6157  nəfər, təsərrüfatların sayı 1061 olmaqla 1028 yaşayış evi vardır.  Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi numayəndəliyi öz işini , Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyəti haqqında Əsasnaməni"ni tutaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır. Nümayəndəliydə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında"Azərbaycan Respublikası Qanunu"nun tələbləri səviyyəsində baxılmasına səy göstərilmişdir.
Hesabat ilində numayəndəlikdə səlahiyyətlər çəçivəsində 68 sərəncam verilmiş,icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Onlardan  1-i  2015-ci ilin ,,Kənd Təsərrüfatı” ili elan edilməsi ilə bağlı, 18-i əhalinin sosial problemlərinin həlli , 4 -ü ərazidə abadlıq-quruculuq işlərinin aparılması, 7-i kütləvi tədbirlər keçirilməsi,  2-i   vətənpərvərlik, 2-i  erkən nigah, 1-i əkin barədə, 1-i biçin barədə, 1-i  yeni il və həmrəyliklə bağlı, 3-ü təhsillə bağlı, 4-ü həqiqi hərbi xidmətə çağırışla bağlı, 3-ü vətəndaşlarıın təsərrüfatdan ayrılma, 2-i soyqırımla bağlı (31 mart,Xocalı), 3-ü ərazidə abadlıq işləri ilə bağlı, 2-i gənclərin asudə vaxtları ilə bağlı, 1-i tibbi xidmətlə bağlı,13-ü bayramlara aid edilmişdir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir.
Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri üzrə təsərrüfat başına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş,habelə təsərrüfat üzvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır.Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq madələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı , həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı belə dəqiqləşdirilmişdir.Dürüstləşmə zamanı təsərrüfat başına kitablar üzrə 6157nəfər əhali olduğu halda bundan 0-6 yaş 618 nəfər (ondan ərazidə 422 nəfər, Respublika daxilində 191 nəfər, 5 nəfər isə xaricdə yaşayır) ,6-18 yaş 1424 nəfər (ondan 945 nəfər ərazidə, 425 nəfər Respublika daxilində, 54 nəfər isə xaricdə yaşayır), 18 yaşdan yuxarı 4115 nəfər (ondan 2717 nəfər ərazidə, 1163 nəfər Respublika daxilində, 235 nəfər isə xaricdə yaşayır) müəyyən edilmişdir.
Ərazi üzrə il boyu baş verən 112 gündəlik hadisələrdən 43 - i vaxtında məlumat verilməməmişdir.Bunlarda əksəriyyəti 102 məlimatı, bəziləri təkrar məlumatlar, bəziləridə ərazidə qeyddiyada olub lakin başaqa şəhər və rayonda yaşayanlar olmuşdur.Nümayəndəlik tərəfindən kargüzarlıq işləri "Dövlət hakimiyyət orqanlarında idarə,təşkilat müəssisələrində kargüzarlığa dair" təlumatın tələbləri səviyyəsində aparılmışdır.Nümayəndəliyə müxtəlif təşkilatlardan 53  məktub daxil olmuşdur. Daxil olan sənədlərin 30-u Masallı rayon İcra Bölməsindən, 5-si Masallı rayonİcra Hakimiyyətindən,1-i Masallı rayon Bitki Mühafizə Mərkəzindən ,1-i Azərbaycan Respublikası Baş Prokurorluğundan, 1-i Azərbaycan Qızıl Aypara Cəmiyyətindən, 1-i Masallı rayon ƏSMM-dən,1-i Masallı rayon Əmlak Komtəsindən,3- ü Masallı rayon Polis Şöbəsindən, 2-si SHXÇDX-nin  Masallı Rayon Şöbəsindən, 1-i 70 Saylı Masallı şəhər Seçki Dairəsinin Dairə seçki komissiyasından, 2-si Maliyyə İdarəsindən,1-i FHN-nin Regional Yanğın Nəzarət Xitmətindən,1-i Masallı rayon Telokamnikasiya Qovşağından, 1-si Tərtər rayon Hərbi Prolurorluğundan, 2-si DSMF-nun Masallı şöbəsindən. Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış,yekun arayışlar yazılaraq, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir. Göndərilən sənədlərin qeydiyyatı kitabi və surətlərinin saxlanması üçün qovluq açılmışdır. "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının "Ailə məcəlləsinə" əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktların dövlət qeydiyyatı aparılır.
Qarğalıq İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə 2015-ci ildə 111 doğum,36 nigah, 33 ölüm faktlarının qeydiyyatı aparılmışdır.Nigah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozğunluğuna yol verilməmiş,rüsum haqları vaxtında ödənilmişdir.Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində doğum və ölüm faktlarının qeydiyyatların aparılmasında gecikmələrə yol verilməmişdir.
Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası "Ailə Məcəlləsi" əsas tutularaq ərazidə az yaşlı qızların erkən nigahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
Az yaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötəri ərazinin ziyalıları,ağsaqqları və ictimaiyyətin digər nümayəndələri ilə yığıncaq kecirilmiş bu barədə lazımi tədbirlər görülmüşdür.
Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti,ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir.Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmişdir. Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.
Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır.Ərazidə 3 ümümi orta və 2 tam orta məktəb fəaliyyət göstərir.Məktəblərdə 793 şagird təhsil alır,onların təlim tərbiyəsi ilə 113 müəllim məşğul olur.
Nümayəndəlik tərəfindən "Təhsil haqqında" Qanunun yerinə yetirilməsinə nəzarət etməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivinə yaxından köməklik göstərilir.Məktəblərdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 92-95 faiz təşkil etsədə, yuxarı siniflərdə isə dərsə davamiyyət 80-87 faiz təşkil edir. 2014-2015-ci il tədris ilində 11-ci sinifi bitirmiş 38 məzundan 7 nəfər ali məktəbə, 7 nəfər isə kollecə daxil olmuşdur.
Ərazidə 1 həkim məntəqəsi fəaliyyət göstərir. Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır. Ərazidə oxucu kütləsinə xidmət edən 3 kitabxana vardır. Kitabxanalardan 1-i Qarğalıq kənd ərazi nümayəndəliyində 1-i isə Eminli kəndində, 1-i isə Xallıcallı kəndində yerləşir.
Qeyd etməliyəm ki,ərazimizdə aparılan abadlıq və sosial quruculuq işləri ilə yanaşı ərazi nümayəndəliyinin mühüm işlərindən biri gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. 2015-ci ildə bu sahədə müəyyən işlər görülmüşdür.Gördüyümüz tədbirlər nəticəsində ərazimizdən 25 nəfər çağrışçı Səfərbərlik və Hərbi Xidmətə Şağrış Dövlət Xidmətinin Masallı rayon Şöbəsindən qeydiyyatdan keçmi, 25-nəfər hərbi xidmətə göndərilmiş və hərbi xidmətdən yayınma halları olmayıb. Təkcə bir faktı qeyd etmək lazımdır ki , "gənclərin Hazır ol " hərbi baxışı müsabiqəsində ərazimiz nümunəvi yer tutmuşdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 10 gəncimiz şəhid və 4 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur.
Müqəddəs gün və bayramlarda Rayon İcra hakimiyyəti tərəfindən onların xatirələri daima əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
Ərazidə telekommunikasiya xidməti üçün electron ATS quraşdırılmış, sürətli internet xəttindən istifadə olunur.Hazırda ərazidə internet istifadəçilərinin sayı 110 abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur. Belə ki, rabitə naqillərinin təmir edilməsinə, yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasiya qovşağına müraciət olunmuşdur. Ərazidə elektrik enerjisindən istifadə edən 1021 abonent vardır. Sərf olunan enerji haqqlarının yığılmasında çətinliklərin olması elektrik təsərrüfatında da çatışmamazlıqların olmasındadır. Elektrik dirəklərində və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranmasına səbəb olur. Belə halların aradan qaldırılması üçün rayon PEŞ-nə nümayəndəlik tərəfindən yaxından köməklik göstərilmişdir.
Ərazimizdə mavi qazdan istifadə edən 1000 yaxın abonet istifadə edir. Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal-qaranın sayı 4038 baş , xırda buynuzlu mal-qaranın sayı 5495 baş olmuşdur ki, bu da keçən illərə nisbətən artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud tədbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır. Ərazi üzrə 1863 ha yararlı torpaq sahəsindən 2015-ci ilin məhsulu üçün 1350 ha əkin aparılmış, bundan da 690 ha buğda, 640 ha arpa, 30 ha sahədə isə sair bitkilər əkilmişdir. Aparılan təbliğat və tövsiyələrin nəticəsində ərazidə son 2 ildə gəlirli sahə olan tərəvəzçiliyin xüsusi ilə badımcan və pomidor əkilməsinə diqqət xeyli artmaşıdır.Həmçinin fermerlər tərəfimizdən toxum , meneral gübrələr verilməsində ,biçin vaxtı əlavə konbayınların cəlb edilməsində ,zərərli və xəstəliklərlə mübarizə zamanı lazımı pereparatların verilməsində köməklik edilmişdir. Tərəfimizdən 76 nəfər bələdiyyə torpağında 13 nəfər isə pay torpağında qanunsuz ev tikən vətəndaşlar barəsində inzibati tədbir görülməsindən ötrü məhkəməyə müvafiq sənədlər gödərilmişdir.
Təvazökarlıq olsada qeyd etməliyəm ki,rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun Qarğalıq ərazisinin sakinlərinə isti münasibəti nəticəsində bir çox işlər görmüşdü.
Respublikamızda azad sahibkarlığa yaradılmış şərait də ərazidə də sahibkarlığın inkişafına böyük təsir götərmişdir. Ərazidə, 29 mağaza-dükan , 1 maşın yuyucu sexi , 1 avtomobillərin təmiri sexi, 5 iaşə obyekti fəaliyyət göstərir,burada 65 nəfərə yaxın işçi işləyir.
Bələdiyyə ilə işlərin səmərəli təşkili,yerli əhəmiyyətli məsələlərin birgə həll edilməsinə nümayəndəlik tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir,qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir.Lakin əmlak və torpaq vergisinin yığılmasında çətinliklər var.Kənd İnvintesiya Lahiyəsi ilə birlikdə Xallıcallı və Kürdəbaz kənd daxili yollarının çınqılması üçün müqavilə bağlanmışdır.Yaxın vaxtlarda kənd daxili yolların çınqıllanmasına başlanacaqdır.Daha sonra qalan kəndlərin yollarına başlanacadır. Rayon qadınlar şurasının,rayon hüquq mühafizə orqanlarının ərazi məktəblərində və ərazi sakinləri ilə apardıqları mütəmmalı görüşlərin nəticəsində az yaşlı qızların ərə verilməsi və erkən nigahların olmasi halları hesabat ilində demək olar ki,müşahidə olunmamışdır. Doğrudur ərazidə qeydiyyatda olmasına baxmayaraq, Respublikanin digər guşələrində yaşayan vətəndaşlar arasında bu halın baş verməyinə cəhdlər edilmişdir. Lakin bu barədə aidatı hüquqi orqanlara tərəfimizdən vaxtinda məlumat verilərək məsələnin qarşısı vaxtında alınmışdır. Hesabat dövründə sakinlərin mənəvi tərbiyəsi ilə bağlı,el adətlərinin yaşaması,dini dəyərlərin qorunması sahəsinədə tərəfimizdən diqqət yetirilmişdir. Ərazidə bütün dini mərasimlər artiq aparılan təbliğatın müsbət nəticəsində tam şəri çərçivədə olmaqla yerinə yetirilir.
2015-ci ilin yadda qalan hadisələrindən biri də Azərbaycan Respublikasında keçirilən beşinci çağrış Milli Məclis seçkiləri olmuşdur. Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələrin lazımı avadanlıqlarla təhciz etmiş, səs vermə hüququ onların siyahısı dəqiqləşdirilərək məntəqələrə verilmişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir. Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Belə ki, kənd ara yollarının təmir edilməsi, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşida duran vəzifələrimizdir.
İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovu və sizləri əmin edirəm ki, Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bundan sonra da verilmiş tapşırıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həll olunmasina bütün qüvvə və bacarığını sərf edəcək və bizə göstərilən etimadı doğruldacaqdır.

Keçidlər