Şəhər 1 saylı tam orta məktəbində yanğın-taktiki məşğələləri
10 fevral 2022 | 16:00
Azərbaycan Respublikas Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsi (DYMH) tərəfindən üç gün ərzində Masallı şəhər 1 saylı tam orta məktəbinin inzibati binasında yanğın-taktiki məşğələləri keçirilib.
“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, təlim zamanı məktəbin müəllim və şagird kollektivinə yanğın və texniki təhlükəsizlik qaydalarına riayət olunması tövsiyə olunub.
Məktəbin rəhbərliyi keçirilən yüksək taktiki təlimə və verilən tövsiyələrə görə Masallı rayon DYMH-nin rəis müavini Nəsimi Əliyevə minnətdarlıq bildirib.