Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı növbəti maarifləndirmə tədbiri

10 fevral 2022 | 16:00

Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı növbəti maarifləndirmə tədbiri Masallı rayonunun Mollaoba kənd orta məktəbində keçirilib.

Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər paylanıb.

Bioloji Təbabət Klinikasının əməkdaşı, klinik-psixoloq Nigar Pənalıyeva uşaqlarda olan psixoloji problemlər, pediatr həkim Əsli Kalbalıyeva uşaqlarda olan qurd xəstəliyi və digər yoluxucu xəstəlikləri uşaqlarda qamət pozuntuları (onurğa əyrilikləri) və loqoped həkim Sevinc Tahirova uşaqlarda rast gəlinən nitq qüsurları haqqında valideynləri məlumatlandırıblar.

Məlumat üçün bildirək ki, interaktiv formatda keçirilən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov tədbir keçirilən Mollaoba kənd orta məktəbindən xəbər verir ki, “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.

Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır.
     Qeyd edək ki, “Sağlam uşaqlar xoşbəxt gələcəyin təminatıdır” şüarı ilə baş tutan marafonun ilk ünvanı Masallı şəhər 3 nömrəli tam orta məktəbi olub.

Keçidlər