Şriftin ölçüsü :

Saytın rəngi :

Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

22 yanvar 2016 | 16:00

 “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq rayonumuzun inzibati ərazi dairələrində 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Növbəti hesabat yığıncağı qrafikə uyğun olaraq yanvarın 22-də Masallı rayon Ərkivan qəsəbəsində keçirilmişdir.
               Ərkivan qəsəbəsində təşkil olunmuş hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, kənd sakinləri, ağsaqqallar və ziyalılar iştirak etmişlər.
               Əvvəlcə Ərkivan qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi İsrafil Tağıyev hesabat məruzəsi ilə çıxış etmişdir.
               İ. Tağıyev bildirmişdir ki, 2015-ci  il ölkəmiz  üçün əsaslı yüksəliş,sabit və davamlı  inkişaf möhtəşəm lahiyyələrin həyata keçdiyi  il kimi tarixə düşdü.
     Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi fundamental dövlətçilik ənənələrini möhkəmləndirən və yeni dövrün reallıqlarına uyğun inkişaf etdirən Prezident İlham Əliyev cənabları ölkədə demokratik cəmiyyət quruculuğunun, siyasi və iqtisadi islahatların dönməzliyini təmin edilməsi, yeni islahatlar kursunun həyata keçirilməsi sahəsində davamlı   tədbirlərə imza etmişdir.Ölkə iqtisadiyatının sürətli,dinamik inkişafının nəticəsidir ki, regionların sosial-iqtisadi inkişaf Dövlət proqramına əsasən bütüm bölgələrdə geniş miqyaslı abadlıq  və quruculuq  işləri görülmüşdür. Bunu  rayonumuzun  timsalında  da görmək olar.Rayonumuzda 2015-ci ildə məktəblər, səhiyyə ocaqları, uşaq bağçaları, tikilmiş və əsaslı təmir edilmiş, rayonun ucqar kəndlərinə qaz, su, kanalizasiya xətləri çəkilmiş, mərkəzi yollara asfalt döşənmiş,yeni işıqlandırma sistemi quraşdırılmışdır. Rayon sakinlərinin rahat yaşayışını təmin etmək üçün tədbirlər görülmüş və görülməkdə davam edir. Buna görə biz ərazi  sakinləri  adından ölkə  başçısı  cənab  İlham  Əliyevə  və rayonumuzda tələbkarlığ və əzimkarlıqı ilə səlahiyyətlərini  yerinə  yetirən cənab Rafil Hüseynova Minnətdarlığımızı bildiririk.
Ərkivan qəsəbəsi coğrafi mövqeyinə,hərtərəfli inkişafına görə rayonun ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Qəsəbənin ümumi sahəs 2315 hektar, əhalisinin sayı  17847 nəfər, onlardan Respublika ərazisində 1681 nəfər, Xarici ölkədə 1021 nəfər yaşayır. Təsərrüfatların sayı 4402 olmaqla 2728 fərdi yaşayış evi və iki ümumi  yaşayış binası vardır ki, burada 48 ailə yaşayır.
          Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”-yə ,  uyğun olaraq illik və rüblük iş planına əsasən həyata keçirir. Nümayəndəlikdə kargüzarlığ işi  Dövlət hakimiyyəti orqanlarında,idarə təşkilat və müəssələrində kargüzarlığın aparılmasına dair təlimata əsasən aparılmış,iş nomenkulaturasına uyğun olaraq bütün qeydiyyat kitabları açılaraq səhifələnmiş və möhürlə təsdiq edilmişdir.
         Nümayəndəli səlahiyyətləri daxilində 2015-ci ildə 63 sərəncam və 14 əmr verilmişdir.Verilmiş  Sərəncamlar təsdiq olunmuş iş planında nəzərdə tutulmuş maddələr  üzrə, əsasən ərazidə abadlıq işlərinin aparılması ,çağrış yaşlı gənclərin həqiqi hərbi xidmətə çağrılmasının təşkili,az yaşlı qızların erkən nigahlarının və qanunsuz tikililərin qarşısının alınması, təhsil ,səhiyyə ,tarixi gün və bayramların keçirilməsi və digər məsələlərlə əlaqədar olmuşdur. Sərəncamların icrası ilə əlaqədar tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında nəzərdə tutulmuş bütün tarixi gün və bayramlar qəsəbəmizdə xüsusi qeyd olunmuşdur.
2015- ci  ildə Nümayəndəlik tərəfindən “Vətən uğrunda Şəhid ailələri və Milli Qəhrəmanları  Birliyi” nin Masallı rayon  şöbəsinin , ağsaqqallar şurasının və ictimayi nümayəndəliyinin iştirakı ilə qəsəbənin Şəhidlər Parkında 20 yanvar şəhidlərinin 26 ci il, Xocalı soyqırımının 23-cü il dönümünə aid anım tədbiri keçirilmişdir.Tədbirdə məktəblilər arasında rəsm və şer müsabiqəsi keçirilmiş qaliblər mükafatlandırılmışdır.
Hesabat ilində nümayəndəliyə müxtəlif təşkilatlardan 19 sənəd-məktub daxil olmuşdur. Daxil olan bütün sənədlər qeydiyyata alınmış, cavab tələb olunan sənədlərlə bağlı müvafiq idarə  və təşkilatlara cavab göndərilmiş, digər sənədlər rəhbərlik və icra üçün işə alınmışdır.Nümayəndəlikdən ayrı-ayrı təşkilatlara 155  sənəd   məktub   göndərilmiş,   sürətləri   qovluğa    tikilərək   saxlanılmışdır.
     Nümayəndəlikdə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində baxılmışdır. Ərazi vətəndaşlar tərəfindən Respublikanın müxtəlif  yuxarı rəhbər orqanlarına 133 ərizə və şikayət daxil olmuşdur. Bunlardan  Prezident Administrasiyasın 48 , Milli Məclisə 4, FHN-nə 1, Nazirləir Kabinetinə 2, Baş Prokurorluğa 1,Ombudsmana 1,Müdafiə Nazirliyinə 1, Səhiyyə Nazirliyinə 1, DİN-nə 1, RİH-nə  71 müraciət ünvanlanmışdır.
     Tərəfimizdən belə şikayətlər dəfələrlə araşdırılsada nəticə etibarı ilə qarşısını ala bilməmişik. Bu sahədə hələdə nöqsanlarımız vardır. Maddi durumla əlaqəli müraciətləri həll etməkdən ötrü Ərkivan bələdiyyəsinin imkanlarından və qəsəbə xeyriyyəçilərinin köməyindən istifadə edirik.
Vətənaşları narahat edən məsələlərlə daha obyektiv və yerində baxilmaqdan ötrü RİH-nın başçısı  cənab R.Hüseynov 2015-ci il yanvar ayında Ərkivan qəsəbəsində səyyar görüş keçirdmişdi. Görüş zamanı 10 vətəndaş çıxış etmiş, 8 təklif irəli sürülmüşdür. Bundan 4 müraciət icra olunmuş, 2 müraciət görülmüş işlərə görə minnətdarlıq , 2 iki müraciətlə bağlı izahat verilmişdir.Vətəndaşlar tərəfindən nümayəndəliyə 21 yazılı, 89 şifahi müaraciət daxil olmuşdur.
Mübahisələr əsasən ünvanlı yardımla bağlı, torpaq mübahisələri, qonşu, ailə münaqişələri, və digər məsələlərlə əlaqədar olmuşdur. Müraciətlərə vaxtında baxılmış və müddət pozğunluğuna yol verilməmişdir. Müraciətlərin həll edilməsində nümayəndəlik bəzi çətinliklərlədə üzləşməli olur ki, belə müraciətlərlə bağlı rayon icra hakimiyyətinə və ya hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalır. Buda əsasən torpaqla bağlı müraciətlərdir. Müraciətlərin icrasına dair hesabatı nümayəndəliyin müavini Ə.Əhmədov məruzə edəcəkdir.
        Nümayəndəlik tərəfindən hər il 01 yanvar vəziyyətinə təsərrüfat başına uçot kitabında dürüstləşdirilmələr Azərbaycan Respublikası  Dövlət  statistika komtəsinin  05   may  2010-cu il  tarixli  10/17 saylı  sərəncamı  əsasında aparılır. Həmin  dürüstləşdirilmə   əsasında 2015-ci ildə bütün statisti hesabatlar vaxtında verilmişdir. Nümayəndəlik tərəfindən ərazidə olan  aktiv seçici hüququna malik seçicilərin siyahıları  dəqiqləşdirilərək mütəmadi olaraq Seçki Dairəsinə məlumat verilmişdir. Bununla yanaşı ərazi sakinlərinin yaş qurupları üzrə təsnifati hazirlanaraq əhalinin say hərəkəti müəyyənləşdirilmişdir.
       Bildiyiniz kimi 01 noyabr 2015-ci  il tarixdə  5-ci çağrış Milli Məclisə seçkilər keçirilmiş, nüayəndəlik tərəfindən “Yerli İcra Hakimiyyətlər haqqında Əsasnamə” yə uyğun olaraq seçki məntəqələri avadanlıqlarla təmin edilmiş, seçicilərin rahat səs verməsi üçün lazimi şərait yaradılmışdır. Diqqətinizə çatdırım ki, Milli məclisə 71 saylı seçki dairəsindən  Elmira Axundova  5-ci çağrış Milli Məclisə Millət vəkili seçilmişdir.
Nümayəndəlik tərəfindən Təhsil haqqında qanunun yerinə yetirilməsindən irəli gələn vəzifələrin icrası daima diqqət mərkəzində olmuşdur. Ərkivan  qəsəbəsində  4 tam  orta , 1 ümumi, 1  ibtidai  məktəb  fəaliyyət  göstərir.
Qəsəbənin 6 məktəbi üzrə 2249  nəfər şagird təhsil alır, onların təlim tərbiyyəsi ilə 219 nəfər müəllim məşğul olur. 2014- 2015- ci il təhsil ili üzrə 150  məzundan ötən il ali məktəblərə 39, orta ixtisas məktəblərinə 22 nəfər məzun daxil olmuşdur. Ərkivan qəsəbə 1 saylı tam orta məktəbini 40 məzun bitirmiş, bunlardan 13 nəfər ali məktəbə, 6 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdur. Ərkivan qəsəbə 2 saylı tam orta məktəbini 40 məzun bitirmiş, bunlardan 13 nəfər ali məktəbə, 7 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdur.
Ərkivan qəsəbə 3 saylı tam orta məktəbini 25 məzun bitirmiş, bunlardan 5 nəfər ali məktəbə , 8 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdur. Ərkivan qəsəbə 4 saylı tam orta məktəbini 27 məzun bitirmiş, bunlardan 8 nəfər ali məktəbə, 4 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdur. Tərəfimizdən şagirdlərin dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət edilir.9-11 ci siniflərdə davamiyyət qismən zəif olsada 1-4 cü siniflərdə 90%, 5-9-cu siniflərdə 75% dən yuxarıdır.Şagirdləri dərsə davamiyyəti ilə bağlı, nümayəndəlik, məktəb rəhbərləri ilə birlikdə dəfələrlə valideyin iclasıları keçirilmiş, bəzi valideyinlərla fərdi qaydada söhbət aparılmışdır.
Buna baxmayaraq bu sahədə noqsanlarımız vardır. Ali məktəblərə qəbul olunanların sayı bizi qane etmir. Məktəblərimizin qışa hazırlığı tam təmin edilmişdir. Məktəblər odun və dizel yanacaqı ilə təmin olunmuşdur. Məktəblərimizdə gücü elmi potensilı olan müəllimlərimiz çoxdur, həmən müəllimlər daima diqqət mərkəzində saxlanılır. 01 yanvar 2016-ci ildən etibarən Diaqnostik imtahandan keçən müəllimlərin əmək haqqlarının 35% artırılması müəllimlərin məsuliyyətini dahada artıracaq və tədrisin keyfiyyətini yaxşılaşdıracaqdır.
  Qəsəbədə  4 qurup üzrə 90 yerlik uşaq baxçası vardır. Hazırda isə uşaq baxçası  2 qurup olmaqla fəaliyyət göstərir və burada 40 uşaq tərbiyə alır. Uşaq baxçasının maddi- texniki bazası əsaslı şəkildə gücləndirilmiş , bağçaya 40 ədəd 2 mərtəbəli çarpayı , onların yataq dəsti , paltar yuyan maşın, qaz piltəsi, soyuducu, televizor, ət çəkən maşın, Tozsoran ,DVD və sair avadanlıqlar alınmışdır. Uşaq bağçasında ərzaq təminatı normaldlr. Təvazökarlıq olsada bunu qeyd etməliyik ki, RİHB-ı cənab Rafil Hüseynov bütün uşaq baxçalarına o cümlədən Ərkivan qəsəbə uşaq baxçasını daima diqqət mərkəzində saxlayır. Mütəmadi olaraq baaxçanın ərzaqla təmin edilməsinə nəzarət edir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinə və Ədliyyə Nazirliyinin təsdiq etdiyi Vətəndaşlıq vəziyyəti haqqında təlimata əsasən il ərzində nümayəndəlikdə 48 nigah, 206 doğum, 90 ölüm faktları qeydiyyata alınmış və müvafiq şəhadətnamələr verilmişdir. Əsas məsələlərdən biridə rəsmi nigahların sayının azalmasıdır. Beləki ərazidə yeni ailə quranların 25-30 faizi rəsmi nigah bağlamadan ailə həyatı qururlar. Buda gələcəkdə problemlərin artmasına səbəb olur.
Ərazidə 2015-ci ildə 8 ailə boşanmaq üçün müraciət etmiş, ağsaqqal və ziyalıların iştirakı ilə onlarla aparılan danışıqlar nəticəsində 3  ailənin  dağılmasının  qarşısı alınmışdır.
       Az yaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınmasından ötrü tədbirlər görülməsi daima nəzarətdə saxlanılır. Bu işlərdə ağsaqalların, ziyalıların və hüquq-mühafizə orqanlarının köməyindən istifadə edilir.
       Bununla bağlı nümayəndəlikdə komissiya yaradılmış məktəb rəhbərləri,din xadimləri, ərazidə işləyən həkimlər bu komissiyaya daxil olmuşdur. Nişanlanma halı baş verən kimi valideyinlərlə görüş keçirilir Dövlətimizin müvafiq qanunları onlara izah edilir.
Məktəblərdə və mərasimlərdə daima bu mövzu ilə əlaqədar daima təbliğat işləri aparılır. Bunun nəticəsi olaraq son vaxtlarda az yaşlı qızların nişanlanması faktı xeyli azalmışdır. Ərazi nümayənəliyi olaraq vətəndaşlara tövsiyyə olunur ki, övladlarını nişanlamadan qabağ tibbi müayinədən keçirsinlər.
Qəsəbədə  fəaliyyət   göstərən  sağlamlıq   mərkəzində 5 həkim, 4 mama, 2 ferdşel           6  tibb  bacısı , 3  xadimə  olmaqla  ümumilikdə  20   nəfər  tibb  personalı   çalışır.                          Bu  sağlamlıqmərkəzində  stomotoloji,  genekologiya ,  peyvənd ,  manipulyasiya, terapevt-pediator və uzi otaqlarında həkimlər əhaliyə xidmət göstərirlər.
Qəsəbədə yerləşən Mədəniyyət evi ötən əsrin əvvələrində inşa edilmişdir. Mədəniyyət evinin əsaslı təmirə və lazimi avadanlıqlarla təmin edilməsinə ehtiyac vardır. Bina 2004-cü ildə təmir olunsada binanın bü günki şəraiti orada lazimi tədbirlərin yüksək səviyyədə keçirilməsinə imkan vermir. Hazırda Sənətkarlıq evində rəqs dərnəkləri və güləş idman növü fəaliyyət göstərir.
Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün qəsəbədə 5 futbol, 3 voleybol stadionu, 2 uyğunlaşdırılmış güləş zalı fəaliyyət göstəriri. Qəsəbənin idmançıları güləş, boks, futbol və valeybol üzrə keçirilən rayon və Respublika yarışlarında müvəffəqiyyətlə iştirak edirlər. Bu ildə ənənəvi olaraq 6.12.2015-ci ildə Taekvando İdman Kompleksində  Masallı rayon İcra Hakimiyyətinin və Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə  nümayəndəliyinin təşəbbüsü ilə Sank-Peterburqda yaşayan həmyerlimiz , iş adamı Məşkur Qasımovun suponsurluğu, Gənclər və idman Nazirliyi və güləş federasiyasının təşkilatı dəstəyi ilə,Əməkdar məşqçi, SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə həsr edilmiş Yunan-Roma  güləşi üzrə Respublika turniri keçirildi.Turnirdə 20 rayon və təşkilatların idman cəmiyyətlərini təmsil edən komandalardan 200-dən çox idmançı iştirak etmişdir. Qaliblər pul mükafatı və diplomlarla mükafatlandırılmışdır. Ərazidə 17 şəhid ailəsi, 9 qrabağ müharibəsi əlili, 8 Əfqanıstan müharibəsi veteranı, 9 çernobul əlili vardır.
Bunlarda gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmasında gənclərimizə örnəkdir. Şəhid ailələri və qarabağ müharibəsində əlil olan gənclərimiz daima diqqət mərkəzində durur, tarixi gün bauramlarda onlara  baş  çəkilir,  rayon  rəhbərliyi,ərazi  nümayəndəliyi, bələdiyyə,
Qızıl aypara və millət vəkili E.Axundova Tərəfindən onlara bayram sovqatı verilmişdir. Milli ordunun müntəzəm olraq komplektləşdirilməsini, gənclərin həqiqi hərbi xidmətə yola salınmasının mütəşəkkilliyini təmin etmək məqsədilə “Həqiqi hərbi xidmətə çağrışın əsasları haqqında”Qanununu əsas tutaraq nümayəndəlik tərəfindən bütün lazimi tədbirlər görülmüşdür.
Gənclərimiz fəxrlə vaxtında həqiqi hərbi xidmətə yollanırlar.2015-ci ildə 102 nəfər çağrışçımız həqiqi hərbi xidmətə yola salınmışdır. Buna baxmayaraq bu sahəd nöqsanlarımızda vardır, beləki 12 nəfər ərazimizdə qeydiyyatda olan çağrış yaşlı gənclər çağrışdan yayınaraq Respublikadan xaricdə yaşayırlar. Bunların hərbi xidmətə cəlb edilməsi üçün qanuna müvafiq tədbirlər görülmüşdür.
Gənclərimizin hərbiyə hazırlığı ilə əlaqədar məktəblərdə müxtəlif növ oyunlar keçirilir. Ərazidə əhali əkinçilik və maldarlıqla məşğul olması ilə yanaşı hazırda sahibkarlıq fəaliyyəti üstünlük təşkil edir.Əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması vətəndaşların iş yerləri ilə təmin olunmasında qəsəbədə fəaliyyət göstərən 2 kərpic zavodu, 3 yanacaq doldurma məntəqəsi, 9 plastik pəncərə sexi və 70 yaxın digər ticarət , istehsal sahələri xususi əhəmiyyət daşıyır. Beləki yüzlərlə sakinimiz bu müəssələrdə işlətəmin olunur. Bundan əlavə el sənətini yaşadanlar, duluzçuluq, sandıqçılıq , xarratlıq və başqa sənətkarlıq növləri ilə məşğul olurlar. Qəsəbədki 955 ha pay və icarə torpaq sahələrindən ötən il 400hektar sahəyə buğda ,56 hektar sahəyə arpa, 50 hektar sahəyə vələmir əkilmişdir ki, bu da əvvəlki illərlə nisbətdə çox yüksək göstəricidir. Tərəvəz əkinindədə irəliləyişlər nəzərə çarpır. Beləki 15 hektar sahədə müxtəlif  tərəvəz növləri əkilib becərdilmişdir.1 hektar sahədə bütün il boyu xiyar, pamidor yetişdirilir. 2 hektar sahədə kivi, 2 hektar sahədə isə feyxoa yetişdirilir. Vətəndaşların xüsusi mülkiyyətində 2072 baş iri buynuzlu və 2722 baş xırda buynuzlu mal-qara, 27998 baş quş vardır.
Hamıniza məlumdur ki, Dünyad baş verən infilyasiya Azərbaycanada müəyyən təsir göstərir. Bununla bağlı Dövlət öz tədbirlərini görür biz bunu bu günki, yaşayışımızda hiss edeceyik. Ərazi nümayəndəliyi əhaliyə tövsiyyə edir ki, şəxsi təsərrüfatların inkişafına   diqqət  ayırsınlar.
Şəxsi təsərrüfatlarda istixanalar qurmağla tərəvəz məhsullarının bolluğuna nail olmaq olar. Kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində ərazi nümayəndəliyi qanun çərçivəsində fermerlərə kömək etməyə həmişə hazırdır.
          Ərazi nümayəndəliyi bələdiyyə ilə ərazidə yerli əhəmiyyətli məsələlərin həllindən ötrü birgə tədbirlər həyata keçirilmişdir. Beləki 2015- ci ildə ərazidə gedən abadlıq quruculuq işlərində, qanunsuz tikililərin və torpaq zəbtlərinin qarşısının alınmasında, yaşıllaşdırma işlərinin aparılmasında , torpaq və əmlak vergilərinin yığılmasında, sel və daşqınlar nəticəsində təsərrüfatlara ziyan dəyməməsi üçün su ötürücü kanalların təmizlənməsində birgə iş birliyi qurmuşdur.
Bunlara baxmayaraq ərzaidə yerli əhəmiyyətli məsələlərin həll edilməsində bələdiyyə ilə birgə işlərimizdə çoxdur.Bunlardan biridə ərazidə səliqə səhman işlərinin aparılmasından ötrü komunal xidmətin təşkil edilməsidir.
  Bu sahədə müəyyən işlər görülsədə işlər tam həllini tapmamışdır. 2016-cı ildə çalışacağıq ki, bu məsələ tam həllini tapsın.
Qəsəbədə 61 km kanalizsiya xətti, 61,5 km içməli su xətti çəklişi davam edir. Çəkiliş aparılan küçələrdə müvəqqəti narahatlıqlar meydana gəlir. Əhali tərəfindən ərazi nümayəndəliyinə mütəmadi məlumat verilir. Narahatlıq olan küçələr barədə iş icraçısına məlumat verilir 3-5 gün ərzində həmən nöqsanlar aradan qaldırılır.
2016-cı ilin aprel  may aylarında işlərin tamamilə başa çatdırılması nəzərdə tutulur. Oktyabr noyabr aylarında yağan leysan yağışlar Qəsəbənin Ramazanlı,Həsənəküçə, Qızlaküçə, Zeynoba küçələrində əhali üçün məyyən narahatlıq yaradmışdır. Həmin ərazilərdə 400 m dən çox su daşıyıcı  arxlar təmizlənmişdir. Su aparıcı arxların ətrafında yaşayan əhəliylə söhbətlər aparılmış onlara tövsiyyə olunmuşdur ki, su aparıcı kanalları doldurmaq olmaz və su aparıcı arxların təmizlənməsi üçün, ağır texnikaları həyətyani sahələrə girməsinə şərait yaradsınlar. Növbəti 2016-cı ilin yay aylarlında arxların təmizlənməsi davam etdiriləcək.
  2015-ci ildə büdcədən xərclərin hesabina qəsəbənin əsas yollarına o cümlədən zeynoba küçəsinə 800 m kv, bağlaküçə küçəsinə isə 1000 m kv asfalt – beton örtüyü döşənmişdir. Qəsəbənin ara yollarına 1.8 km qum çınqıl tökülərək təmir edilmişdir. 2016- cı ildədə bu işlər davam etdiriləcək.
  Ərkivan qəsəbəsi elektirik və təbii qazla təmin edilmişdir. Ərazidə elektirik enerjisindən istifadə edən 2785 abonent, qazdan  istifadə edən 2956 abonent vardır. Elektirik enerjisi və qaz təchizatı qəza vəziyyətləri istisna olmaqla 24 saat verilir. Qazla bağlı isə qəsəbənin bəzi küçələrində qazın normal verilməsində problemlər vardır. Qəsəbənin qaz təchizatının yaxşılaşdırılması məqsəd ilə müasir tipli politelin borularla qaz xətlərinin dəyişdirilməsi davam edir.Ümumiyyətlə qəsəbə ərazisində 163 km yeni qaz kəməri çəkilməlidir,hazırda 30km çəkilmişdir.
Qəsəbənin Pələnküştə küçəsində 150 abonent yeni layihə əsasında qazla təmin edilmişdir. Onuda qeyd etməliyəm ki, qəsəbə üzrə abonentlərin borcu əvvəlki illərlə müqayisədə 2/3 dəfə artmışdır. Əhaliyə tövsiyyə olunur ki, istifadə etdikləri qaz və işıq pulunu vaxtı vaxtında ödəsinlər. Qaz və işıqdan istifadə hallarında israfçılığa yol verilməsin. Əks təqdirdə həmin abonentlərə qaz və işıq verilməsi dayandırılır.  Vətəndaşalar müxtəlif distansiyalara qaz və işığın verilməsinin dayandırılması ilə bağlı müraciətlər edilir.Buda ərizə şikayətlərin artmasına səbəb olur.
2015-ci ildə görülmüş işlərlə yanaşı 2016-cı ildə də görüləcək işlərimiz coxdur. Belə ki, Ərkivan qəsəbə uşaq baxçasının , qəsəbə Mədəniyyət evinin, Ərkivan qəsəbə  1 saylı tam orta məktəbinin məktəbin təmiri, Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin və Ərkivan qəsəbə 5 saylı ümum orta məktəblərin yenidən tikilməsi üçün aidiyyati orqanlar qarşısında məsələ qaldırılacaqdır. Qəsəbədə güləş idman kompleksinin tikilməsi üçün Ərkivanlı iş adamları və idman təşkilatının nümayəndələri ilə söhbətlərin aparılması davam etdiriləcəkdir.
Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi sizi əmin edirki,” Yerli İcra Hakimiyyətləri haqqında Əsəsnamə” ni rəhbər tutaraq bundan sonrada verilmiş vəzifə səlahiyyətləri daxilində öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsinə bütün bacarıq və qüvvəsini səfərbər edəcək ərazinin sosial iqtisadi inkişafına  səylə çalışacağıq.

Keçidlər