Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-nin Masallıda maarifləndirmə tədbiri

12 fevral 2022 | 16:00

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı Rayon Məhkəməsində “Xidməti ərazilərdə yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib.

“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, tədbirdə məhkəmənin aidiyyəti vəzifəli şəxslərinə inzibati binada baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları barədə geniş məlumat verilib, həmçinin təxliyə planından düzgün istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyindən də söz açılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər