Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA RABİTƏ VƏ NƏQLİYYAT

14 fevral 2022 | 16:00

      Masallı rayonunda mövcud olan poçt və rabitə müəssisələri tərəfindən ötən ilin — 2021-ci ilin yanvar- dekabr aylarında əhaliyə, müəssisə və təşkilatlara 2697,1 min manat həcmində xidmət göstərilmişdir ki, bundan 2311,3 min manatı rabitə və 385,8 min manatı poçt rabitəsi xidmətləridir.

      Masallı rayon statistika idarəsinin rəisi əvəzi Ülfət Məmmədov bildirib ki, göstərilən rabitə xidmətlərinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 377,1 min manat və ya 19,5 faiz, poçt rabitəsi xidmətlərinin həcimi isə müvafiq olaraq 41,8 min manat az və ya 9,8 faiz azalmışdır. Göstərilən poçt və rabitə xidmətinin 2377,0 min manatı və ya 88,1 faizi əhaliyə, 320,1 min manatı və ya 11,9 faizi müəssisə və təşkilatlara göstərilmişdir. Göstərilən rabitə xidmətləri  keçən ilin eyni dövrü ilə müqayisədə əhalidə 22,8 faiz artmış, müəssiə və təşkilatlarda isə 2,2 faiz artmişdır.

Keçidlər