Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülər üçün kompüter kursu

16 fevral 2022 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzində könüllülər üçün kompüter kursu keçirilir.

Fevralın 15-də Masallı rayon Heydər Əliyev Mərkəzində könüllülər üçün kompüter dərslərinin keçirilməsinə başlanılıb. Mərkəz könüllülərinin informasiya texnologiyaları sahəsində nəzəri biliklərini artırmaq, eləcə də onların kompüterdə sərbəst, səlis və cəld işləmək bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan kursun ilk dərsi uğurla keçirilib.

Qeyd edək ki, xüsusi proqram üzrə və ödənişsiz əsaslarla təşkil edilən kursda məşğələləri təcrübəli müəllim Gülcahan Vəkilzadə aparır.

Keçidlər