Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanları tanıyaq” adlı layihə

16 fevral 2022 | 16:00

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin “Qəhrəmanları tanıyaq” adlı layihəsi çərçivəsində ilk tədbir Şəhid İsbəndiyar Zülalov adına Masallı şəhər 5 saylı tam orta məktəbində təşkil edildi. Karantin rejiminin tələblərinə əməl olunmaqla tədbirdə mədəniyyət işçiləri, vətən müharibəsi qaziləri və adı çəkilən məktəbin şagird və müəllim kollektivi iştirak etdi.

İlk öncə, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ,Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin başlanması, ordumuzun qazandığı uğurlar haqqında şagirdlərə geniş məlumat verdi. O, qeyd etdi ki, 44 gündə qazandığımız böyük Zəfər müzəffər Alı Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və igid oğulların fədakarlığı, vətənpərvərliyi, vətən uğrunda misilsiz rəşadəti sayəsində mümkün oldu. Ə. Tağıyeva bildirdi ki, torpaqlarımız uğrunda sağlamlığını itirən qazilər,hər bir əsgər bizim hər birimiz üçün örnəkdir. Onlar bu ölkənin qəhrəmanları, Azərbaycanın qalıb ordusunun müzəffər əsgərləridirlər. Onlar bizim qürur qaynağımız olduqları üçün biz mərd, fədakar Qəhrəmanları tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməliyik.

Sonra Vətən müharibəsinin şahid və fədakar oğulları Talıb Qəzənfərli, Cavid Nuri, Rəşad Ağaşzadə, Elçin Məmmədov müharibə zamanı şəhid olan əsgər yoldaşları, keçdikləri çətin və şərəfli döyüş yolundan danışaraq, çətində olsa o günlərlə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.

Daha sonra İ. Zülalov adına Masallı 5 saylı məktəbin direktoru Cəsarət Həmidov və müəllim Mübariz Rzayev çıxış edərək tədbir təşkilatçılarına və Vətən müharibəsi qəhrəmanlarına öz təşəkkür və ehtiramlarını ifadə etdilər. Bu səpkili tədbirlərin keçirilməsi şagirdlərin ,yeni böyüyən nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rola malik olduqlarını söylədilər..

Tədbirin sonunda xatirə fotoları çəkildi.

Keçidlər