Şriftin ölçüsü :

Saytın rəngi :

Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

23 yanvar 2016 | 16:00

25 yanvar 2016-cı il tarixdə Masallı rayonu Mahmudavar kəndində Masallı rayon İcra hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimovun “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
M. İbrahimov hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, əlamətdar hadisələrlə zəngin olan daha bir il də təqvimin yaddaşına köçdü. Yola saldığımız 2015-ci ildə Azərbaycan Respublikasının dinamik inkişafı davam etmiş,ölkəmiz sosial-iqtisadi inkişaf sahəsində qazandığı yeni nailiyyətlərə görə regionda liderlik mövqeyini qoruyub saxlamışdır.
     Ölkədə "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı"na uğun olaraq geniş miqyaslı tikinti quruculuq işləri aparılır. Respulikamızda əsası ulu öndər  Heydər Əliyev tərəfindən qoyulmuş,hörmətli prezidentimiz İlham Əliyev cənabları tərəfindən ardıcıl sürətdə aparılan islahatlar nəticəsində iqtisadi sahədə aparılmış uğurlarla bərabər,ölkəmizdə əhalinin sosial müdafiyəsini genişləndirmək
üçün lazım olan bütün tədbirlər həyata keçirilmiş sosial siyasət  sayəsində uğurlar qazanılmışdır.
        Respublikamızın hər yerində olduğ kimi 2015-ci ildə rayonumuzda da iri miqyaslı tikinti  quruculuq işləri aparılmışdır.Şəhərin küçələri genişləndirilmiş,yeni park və xiyabanlar  salınmış, rayonun ucqar kəndləri belə qazlaşdırımış və asfalt yollar çəkilmişdir.Görülən işlər rayon sakinləri kimi Xırmandalı ərazisinin sakinləri tərəfindəndə sevinclə qarşılanır.Görülmüş bu möhtəşəm işlərə görə ərazimizin sakinləri adından möhtərəm  Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı və rayon İcra Hakimiyyəti başçısı təyin olunduğu  gündən  geniş miqyaslı tikinti quruculuq işlərinə başlamış cənab Rafil Hüseynova təşəkkürümüzü bildiririk.
Xırmandalı inzibati ərazi dairəsi mərkəzi Xırmandalı  kəndi olmaqla,Hacıtəpə , Ərəb  kəndlərini əhatə edir.Ərazinin ümumi sahəsi 2544 hektar,əhalisi 7439 nəfər, təsərrüfatların sayı 1249 olmaqla 970  yaşayış evi vardır.
  Masallı rayon İcra Hakimiyyəti başçısının Xırmandalı  kənd inzibati  ərazi numayəndəliyi öz işini , Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməni" rəhbər  tutaraq işini qurmuşdur.Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır. Nümayəndəliydə "Vətəndaşların müraciətləri haqqında  Azərbaycan Respublikası Qanunu"nun tələbləri səviyyəsində baxılmasına səy göstərilmişdir.
         Hesabat ilində numayəndəlikdə səlahiyyətlər çəçivəsində 56 sərəncam verilmiş, icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Onlardan 1-i 2015-ci ilin ,,Kənd Təsərrüfatı” ili elan edilməsi ilə bağlı, 18- i əhalinin sosial problemlərinin həlli, 3-ü ərazidə abadlıq-quruculuq işlərinin aparılması, 5 - i kütləvi tədbirlər keçirilməsi, 2-i vətənpərvərlik, 2-i  erkən nigah, 1-i əkin barədə, 1-i biçin barədə, 1-i yeni il və həmrəyliklə bağlı, 3-ü təhsillə bağlı, 2-i həqiqi hərbi xidmətə çağırışla bağlı, 1-i vətəndaşlarıın təsərrüfatdan ayrılma, 2-i soyqırımla bağlı (31 mart,Xocalı), 3-ü ərazidə abadlıq işləri ilə bağlı, 2-i gənclərin asudə vaxtları ilə bağlı, 1-i tibbi xidmətlə bağlı, 8-i bayramlara aid edilmişdir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir.
          Nümayəndəlik tərəfindən hər il 01 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri üzrə təsərrüfat başına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş,habelə təsərrüfat üzvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır.Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq  madələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı , həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı belə dəqiqləşdirilmişdir.Dürüstləşmə zamanı təsərrüfat başına kitablar üzrə 7439.0 nəfər əhali olmuşdur.Bundan 0-6 yaş 739.0 nəfər,6-18 yaş 1353.0 nəfər, 18 yaşdan yuxarı  5347.0  nəfər   müəyyən edilmişdir.
         "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının "Ailə məcəlləsinə" əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktların dövlət qeydiyyatı aparılır.
         Xırmandalı  İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə 2015-ci ildə 96 doğum, 12 nikah, 36 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Nigah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozğunluğuna yol verilməmiş,rüsum haqları vaxtında ödənilmişdir.Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində doğum və ölüm faktlarının qeydiyyatların aparılmasında gecikmələrə yol verilməmişdir. Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası "Ailə Məcəlləsi" əsas tutularaq  ərazidə az yaşlı qızların erkən nikahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
        Az yaşlı qızların erkən nikahlarının qarşısının alınmasından ötəri ərazinin ziyalıları,ağsaqqları və ictimaiyyətin  digər nümayəndələri ilə yığıncaq kecirilmiş bu barədə lazımi tədbirlər görülmüşdür.Bununla yanaşı azyaşlı qızlarını nişanlayan 3 ailə başçısı ilə söhbətlər aparılmış,mövcud qanunvericiliy bir daha onların nəzərinə rəsmi çatdırılmış və  onlar barəsində hüquq mühafizə orqanlarınada məlumat verilmişdir.
       Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti,ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir.Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmiş və surətləri nümayəndəlikdə saxlanmışdır.
      Hesabat ilində Xırmandalı uşaq baxçasında   əsaslı  təmir işləri aparılmışdır. 3500 metrdən artıq su aparıcı arxların yenidən təmiri, kənd arası yolların çay daşı ilə örtülməsi  olmuşdur. Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.
       Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır.Ərazidə 1  ümumi orta və 2 tam orta məktəb fəaliyyət göstərir.Məktəblərdə  931  şagird təhsil alır,onların təlim tərbiyəsi ilə  126 müəllim məşğul olur.
       Nümayəndəlik tərəfindən "Təhsil haqqında" Qanunun yerinə yetirilməsinə nəzarət etməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivinə yaxından köməklik göstərilir.Məktəblərdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 85-90 faiz təşkil etsədə, yuxarı siniflərdə davamiyyət aşağı səviyyədədir.  
     Ərazidə 1 həkim məntəqəsi  və 2 feldşer məntəqəsi fəaliyyət göstərir. Orada 16 nəfər tibb işçisi çalışır .Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Ərazidə uşaqlar arasında  ümumilikdə      peyvənd  aparılmışdır.   Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
Ərazidə oxucu kütləsinə xidmət edən 2 kitabxana vardır. Kitabxanalardan 1-i Xırmandalı kənd ərazi nümayəndəliyində 1-i isə Ərəb  kəndində yerləşir. Ərazidə 1 mədəniyyət evi və 2 klub fəaliyyət göstərir.Qeyd etməliyəm ki,ərazimizdə aparılan abadlıq və sosial quruculuq işləri ilə yanaşı ərazi nümayəndəliyinin mühüm işlərindən biri gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. 2015-ci ildə bu sahədə müəyyən işlər görülmüşdür.Gördüyümüz tədbirlər nəticəsində ərazimizdə hərbi xidmətdən yayınma halları olmayıb Təkcə bir faktı qeyd etmək lazımdır ki , "gənclərin Hazır ol " hərbi baxışı müsabiqəsində ərazimiz nümunəvi yer tutmuşdur.Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 12 gəncimiz şəhid və 4 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur.
Müqəddəs gün və bayramlarda Rayon İcra hakimiyyəti tərəfindən onların xatirələri daima əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
     Ərazidə telekommunikasiya xidməti üçün electron ATS quraşdırılmış, sürətli internet xəttindən istifadə olunur.Hazırda ərazidə internet istifadəçilərinin sayı 181 abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur. Belə ki, rabitə naqillərinin təmir edilməsinə, yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasiya qovşağına müraciət olunmuşdur.
        Ərazidə elektrik enerjisindən istifadə edən 937 abonent vardır. Sərf olunan enerji haqqlarının yığılmasında çətinliklərin olmasında elektrik təsərrüfatında da çatışmamazlıqların olmasındandır. Elektrik dirəklərinin və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranmasına səbəb olur. Belə halların aradan qaldırılması üçün rayon   EŞ-nə     nümayəndəlik tərəfindən yaxından köməklik göstərilmişdir.
     Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal-qaranın sayı 4678  baş , xırda buynuzlu mal-qaranın sayı 5450 baş olmuşdur ki, bu da keçən illərə nisbətən artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud tədbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır. Ərazi üzrə 1623  ha yararlı torpaq sahəsindən 2016-cı  ilin məhsulu üçün 916 ha əkin aparılmış, bundan da 456 ha buğda, 230 ha arpa, 150 ha vələmir.80 ha sahədə kartof əkinləri aparılmışdır. Qeyd etməliyəm ki, ərazimizdə əkilməyən sahə olmur. Aparılan təbliğat və tövsiyələrin nəticəsində ərazidə son 3 ildə  gəlirli sahə olan tərəvəzçiliyin xüsusi ilə badımcan və pomidor əkilməsinə diqqət xeyli artmaşıdır.Həmçinin fermerlər tərəfimizdən toxum , meneral gübrələr verilməsində ,biçin vaxtı əlavə konbayınların cəlb edilməsində ,zərərli və xəstəliklərlə mübarizə zamanı lazımı pereparatların verilməsində köməklik edilmişdir.
             Tərəfimizdən 9 nəfər bələdiyyə torpağında 46 nəfər isə pay torpağında qanunsuz ev tikən vətəndaşlar barəsində inzibati tədbir görülməsindən ötrü məhkəməyə və əmlak komitəsinə müvafiq sənədlər gödərilmiş, lakin bu günə kimi heç bir tədbir görülməmişdir. Təvazökarlıq olsada qeyd etməliyəm ki,rayon İcra hakimiyyətinin  başçısı cənab Rafil Hüseynovun Xırmandalı ərazisinin sakinlərinə isti münasibəti nəticəsində bir çox işlər görmüşdü.Belə ki ,ərazidə 3500 metrdən artıq su aparıcı arxların yenidən bərpasını və Xırmandalı kənd uşa baxçasının  əsaslı təmirini göstərmək olar.
      Bələdiyyə ilə işlərin səmərəli təşkili,yerli əhəmiyyətli məsələlərin birgə həll edilməsinə nümayəndəlik tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir,qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir,Bələdiyyə ilə birlikə ¬¬¬ 1200 m  kənddaxili yola çınqıl tökülmüşdür.
     Hesabat dövründə sakinlərin mənəvi tərbiyəsi ilə bağlı,el adətlərinin yaşaması,dini dəyərlərin qorunması sahəsinədə tərəfimizdən diqqət yetirilmişdir.
Ərazidə olan məscidlərin 3-də də dini icmalar yaradılmaqla,məscidlərdə axundlar Rayon Qazisinin razılığı ilə fəaliyyət göstərirlər.Ərazidə bütün dini mərasimlər artiq aparılan təbliğatın müsbət nəticəsində tam şəri çərçivədə olmaqla yerinə yetirilir.
        2015-ci ilin yadda qalan hadisələrindən biri də Azərbaycan Respublikasında keçirilən Parlamen seçkiləri olmuşdur. Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələrin lazımı avadanlıqlarla təhciz etmiş, səs vermə hüququ onların siyahısı dəqiqləşdirilərək məntəqələrə verilmişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir.
       Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Belə ki, kənd ara yollarının təmir edilməsi, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşida duran vəzifələrimizdir.
           İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovu və sizi əmin edim ki, Xırmandalı  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bundan sonra da verilmiş tapşırıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həll olunmasina bütün qüvvə və bacarığını sərf edəcək və bizə göstərilən etimadı doğruldacaqdır.

Keçidlər