Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam məktəbli - Xoşbəxt gələcək” davam edir

21 fevral 2022 | 16:00

Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı növbəti maarifləndirmə tədbiri Masallı rayonunun Xıl kənd orta məktəbində təşkil edilib.

Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər paylanıb.

Masallın Bioloji Təbabət Klinikasının əməkdaşı, Dayaq hərəkət mərkəzinin rəhbəri, fizioterapevt həkim Tural Xaspolad, loqoped həkim Sevinc Tahirova, digər mütəxəsislər-Nigar Pənalıyeva, Əsli Kalbalıyeva və Günel Nəsibova uşaqları müayinə etmiş, onlarda rast gəlinən qüsurlar haqqında valideynlərə məlumat veriblər.

Məlumat üçün bildirək ki, interaktiv formatda keçirilən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

“Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.

Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır.

Keçidlər