Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərimizdə abadlıq-yenidənqurma işləri davam etdiriləcəkdir

22 fevral 2022 | 16:00

22 fevral 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, aidiyyatı qurumların nümayəndələri ilə birgə növbəti dəfə Masallı şəhər ərazisində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub. Rayon rəhbəri 2022-ci ildə görüləcək abadlıq işləri ilə bağlı ərazilərə baxış keçirib.

Anar Novruzov, Qara Qarayev, Seybətin və Akademik Zərifə Əliyeva küçələrində metal hasarların quraşdırılması, piyada səkisinin, bördirlərin rənglənməsi, 24 yerdə elektrik dirəyi-işıqlandırma sisteminin qurulması, və s. nəzərdə tutulan küçələrə baxış keçirilib, müvafiq tövsiyələr verilib. Bildirilib ki, iki il ərzində Masallı şəhərində 40 küçəyə keyfiyyətli asfalt döşənib. Cari ildə 30 küçənin asfaltlaşdırılması nəzərdə tutulmuşdur. İcra başçısı həmçinin bəzi küçələrdə səkilərin bərpasına, boş yerlərdə ağac əkilməsinə dair müvafiq tapşırıq və tövsiyələrini verib.

Şəhərin Akademik Zərifə Əliyeva küçəsində dairə nişangahının qurulması ətrafında yerində fikir mübadiləsi aparılıb. Müzakirədə rayon Polis şöbəsinin rəisi, polis polkovnik leytenatı Azay Ağayev, rayon Dövlət Yol polisinin əməkdaşları da iştirak ediblər. Tezlklə həmin intensiv dairəvi küçədə maşınların təhlükəsiz gediş-gəlişi üçün zəmin yaradacaq nişangah quraşdırılacaq, ətrafına gül kolları əkiləcəkdir.
Yaxınlıqda olan ticarət obyektinin sahibinə binanın rənglənməsi nəzərinə çatdırılıb.
Yaşayış evlərinin və fərdi sahibkar obyektlərinin ətrafında olan zibilliklər, icazəsiz yandırma barədə sahiblərinə xəbərdarlıq edilib. Bildirilib ki, əgər belə hallar təkrar baş verərsə haqqında ciddi cəza təıdbirləri görüləcəkdir.
Şəhər sakinlərini narahat edən məsələlər, şəhərdə abadlıq-quruculuq işləri uğurla davam etdiriləcəkdir.
Şəhər sakinləri pandemiya vəziyyətinə baxmayaraq, vətəndaşların rahatlığı üçün şəhərdə aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirib, görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallının icra başçısına minnətdarlıq ifadə ediblər.

Keçidlər