Şriftin ölçüsü :

Saytın rəngi :

Xırmandalılı fermerlərin uğurları

22 fevral 2022 | 16:00

Hər il sahələrdə bol bostan məhsulları və badımcan əldə edən Xırmandalı fermerləri bu mövsümdə də səylə çalışır, əkinə hazırlıq işlərini sürətləndirirlər. Bu il örtük altında 230 hektara yaxın yemiş, 250 hektar badımcan yetişdirməyi qərara alan təcrübəli fermerlər artıq bostan və badımcan sahələrini əkinə hazırlayıb şitil yetişdirirlər. Fermerlərdən İlqar Məmmədov, Təbrik Zeynalov, Rasim Əzimov, Akif və Hasil İsmayılovlar, Səhhət Məmiyev, Fərahim Zeynalov əkini aqrotexniki müddətdə  başa çatdırmaq üçün səylərini birləşdirirlər.

Keçidlər