Masallıda “Xocalı gənclərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi
Masallıda “Xocalı gənclərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
23 fevral 2022-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında “Xocalı gənclərin gözü ilə” mövzusunda “Rəsm” müsabiqəsi keçirilmişdir
Tədbirdə əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini tarixi düşmənlərimizin təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
Məktəblilər çəkdikləri rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı şəkillərdə əks etdiriblər. müsabiqəsinin sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
Beləliklə, Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin VI sinif şagirdi Nəzirli Kübra Zaur qızı birinci yerə, Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin VI sinif şagirdi İsmayılova Şəfa Fəqan qızı ikinci yerə, Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin V sinif şagirdi Zeynallı Böyükağa Emin oğlu üçüncü yerə layiq görülmüşlər. Masallı şəhər 5 saylı İ.Zülalov adına tam orta məktəbin X sinif şagirdi Nuriyeva Aydan Ramal qızı fərqləndiyinə görə diplomla təltif olunmuşdur
Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Masallı rayon Gənclər və İdman idarəsi və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən diplomla təltif olunmuşlar